Gədəbəydə sahibkarlara DİVAN TUTURLAR... Başçı görmürmü? - VİDEO

13:29 22.07.2023 1 112
Gədəbəydə sahibkarlara DİVAN TUTURLAR... Başçı görmürmü? - VİDEO

Prezident İlham Əliyevin dəfələrələ xəbərdarlıq etməsinə baxmayaraq, hələ də bölgələrdə bəzi dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri sahibkarlıq subyetlərinə "yem" kimi baxırlar. Belə bir hadisə Gədəbəy rayonunda baş verib.

Bu haqda Gədəbəy rayonunun Slavyanka kəndi ərazisndə sahibkarlıq fəaliyyəti ilə məşğul olan İsgəndərov Vüsal Zakir oğlu tərəfindən saytımıza göndərilən video-şikayətdə bildirlir.

Şikayətçi qeyd edir ki, Gədəbəy rayonun İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Ələkbərov Vidadi Qəmbər oğlu ərazidə fəaliyyət göstərən sahibkarlıq subyektlərindən 300-500 manat civarında pul tələb edir. Adını da qoyub ki, yığılan bu pul vəsaitləri guya kənddə körpü tikintisinə lazımdır.
Halbuki Slavyanka kəndində mərhum Gülməmmədov Tofiq Məhəmməd oğlu şəxsi vəsaiti hesabına ümumi istifadə üçün metal konustruksiyadan körpü saldırmışdı. Ərazidə yaşayan bütün sakinlər də bu körpüdən rahatlıqla istifadə edirmiş. Sözügedən körpü, kənd sakinlərinin bildirdiyinə görə, kənd icra nümayəndəsi Vidadi Ələkbərov tərəfindən kəsilərək, metal qəbuletmə məntəqəsinə satılıb. Yerli sakinlər bunun müqabilində ondan satılan körpünün pullarını tələb edirlər. O isə bildirir: Kəndin kəndxudası mənəm, mən bilərəm. Siz kimsiniz məndən haqq-hesab soruşursunuz?

Kənd sakinləri icra nümayəndəsinə bildiriblər ki, sizdən lazımi dövlət qurumlarına şikayət edəcəyik. O isə cavabında "Kimə və hara əliniz uzundur, şikayət edin" - deyib.

Slavyanka kəndindəki körpünü şəxsi vəsaitləri hesabına saldıran Gülməmmədov Tofiqin həyat yoldaşı məsələ ilə bağlı hətta Daxili işlər Nazirliyinin "102" xidmətinə də şikyaət edib.

Sakinlər qeyd edir ki, Gədəbəyə yeni icra başçısı təyinatına qədər Vidadi Ələkbərov rayonun memarı olub. Hər kəs onun keçmiş fəaliyyəti dövüründən narazılıq edir. Bildirilər ki, rayon ərazisində kimsə özünün həyətində belə “it” damı tikdirə bilməzdi. Çünki hər-hansı bir tikinti işi üçün vətəndaşlar mütləq onun "bığının altından keçməyə" məcbur imiş.

Şikayətçi Vüsal İsgəndərov isə media vasitəsi ilə Baş prokuror Kamran Əliyev cənablarından
xahiş edir ki, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə sahibkarlardan pul tələbi edən, eləcə də, dəyəri 30 min manat olan körpünü sataraq mənimsəyən icra nümayəndəsi barəsində qanunamüvafiq formada ölçü götürülməsinə göstəriş versin.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Gədəbəyli sahibkarın video-şikayətini təqdim edirik(Dünyanınsəsi.Az):

Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}