“Avtomobillərin texniki baxışına 150 manat verəndən sonra heç maşını yoxlamırlar...” - AÇIQLAMA

12:05 24.07.2023 1 544
“Avtomobillərin texniki baxışına 150 manat verəndən sonra heç maşını yoxlamırlar...” - AÇIQLAMA

“Avtomobillərin texniki baxışı məsələsi həmişə yaralı yerimizdir. Sözün açığı, qiymət artımına səs verməmişəm. Bunu özümü sığortalamaq üçün demirəm. Mən həmişə prinsipcə cərimələrin nahaq artmasının əleyhinə olmuşam. Hətta, Milli Məclisdə bütün cərimələrin, bank faizlərinin, pandemiya ilə bağlı cərimələrin bağışlanmasını, silinməsini təklif etmişdim. Dövlətimin buna gücü çatar. Çünki hədsiz cərimələnmə camaatda narahatlıq yaradır. Hökumət bunu etsə, xalq ancaq ona minnətdar olar...

Avtomobillərin texniki baxışına 150 manat verəndən sonra heç maşını yoxlamırlar, bəlkə də, avtomobil nasaz şəkildə baxışdan çıxır. İraq olsun, sürücülər qəza törədə bilərlər. Hətta, bəzən törədirlər. Bu formal xarakter məni incidir. Texniki baxış həqiqi olmalıdır, həqiqətə söykənməlidir. Nasaz maşınlar ya təmirə göndərilməli, ya da yığışdırılmalıdır. Çünki insan həyatı, səhhəti hər şeydən vacibdir. Bunları qorumaq lazımdır”.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Deputat bildirib ki, ailəsində cəmi bir avtomobil var:

“Düzü, texniki baxış qiymətləri ilə maraqlanmamışam. Amma partiyamızın avtomobili texniki baxışdan çoxdan keçib. Deyəsən, hələ vaxtı deyil. Eyni münasibəti biz də görürük. Hamıya eyni münasibət göstərilir.

Ümumiyyətlə, cəmiyyətimizdə bəzi şeylərdən bezmişəm. Formal işlərlə məşğuluq. Mahiyyətə fikir vermirik. Yadımdadır, uşaq olanda bəzən oxuduğum romanların adına, müəllifinə baxmırdım, ancaq məzmunu maraqlı idi, forması o qədər də məni maraqlandırmırdı. Bizdə uzun müddətdir, ancaq formalizm hökm sürür. Formal qeydiyyat, sənədləşmə, formal ödəmələr... Bu formalizmin arxasında mahiyyət dayanmır. Avtomobillər saz olsun, başqa məsələlər də dürüst, xalqımızı təmin edən səviyyədə olsun. Təəssüf ki, hələ buna nail olmamışıq. Bu məsələdə qanunverici, icraedici orqanlar da, xalqımız da - hamımız birlik nümayiş etdirməliyik. Maarifləndirmə o qədər güclü olmalıdır ki, belə yol tutanlar bir də qanundankənar işlərlə məşğul olmağa cürət etməsinlər”.
(Pravda.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}