İranda yüksək vəzifələr tutmuş Fransa agentləri - SENSASİON FAKTLAR

12:20 14.01.2023 1 267
İranda yüksək vəzifələr tutmuş Fransa agentləri - SENSASİON FAKTLAR

Region ölkələri içərisində seçdiyi siyasi kurs baxımından ən anlaşılmaz tərəf heç şübhəsiz İran İslam Respublikasıdır. Çünki İranın yeritdiyi siyasətin nə adındankı İslamla, nə də ideoloqlarının açıqladığı tezislərlə yaxından uzaqdan əlaqəsi yoxdur.

Xüsusilə də, qonşu ölkələrlə münasibətlərdə İranın yeritdiyi siyasi xətt, əksərən Qərb ölkələrinin, daha doğrusu, Fransanın maraqları ilə üst-üstə düşür. Buna Suriya və İraq böhranlarından tutmuş, Ermənistanla münasibətlərə qədər kifayət sayda örnək verə bilərik.

Bəs, bu cür yaxınlığın səbəbi nədir?

Bir qədər keçmişə, ötən əsrin 70-ci illərinə qayıtsaq, bu suala cavab tapmaq, yəqin ki, daha asan olar. İranda şah rejiminə qarşı narazılıqlar hələ 40-ci illərin əvvəllərindən açıq hiss edilməyə başlamışdı. Şah üsul-idarəsindən narahat olan qüvvələr fərdi qaydada rejimə qarşı mübarizə aparırdı. Həmin mübarizədə dini sektanın öndə gedən simalarından biri isə Ruhulla Xomeyni idi. O, dövlət əlehinə fəaliyyətlərinə 1950-ci illərin sonunda start verdi.

Lakin Xomeyninin Rza şah Pəhləviyə qarşı mübarizəsinin ilk dalğası uğursuzluqla nəticələndi və sabiq ayətullahın sürgün illəri başladı. 1965-ci ildən başlayan sürgünün son illərini isə Xomeyni Fransada keçirdi. Bəli, İslamın ehkamlarından danışan, radiolardan müraciətlər edərək İran xalqına din dərsi keçən Xomeyni, Əl-Cəzairdə milyonlarla müsəlmanın qanına əli batmış Fransaya sığındı.

Musavat.com "bizim media"-ya istinadən xəbər verir ki, bir ildən çox Fransada qalan Ruhullaya "gözün üstə qaşın var" - deyən olmadı. Hətta, Fransa ona İranla bağlı planlarını reallaşdırmaq üçün hər cür şəraiti də yaratmışdı.

Paris ətrafındakı Nofl-le-Şatoda yaşayan "qəhrəman"ımızı şah tərəfdarlarından qorumaq üçün xüsusi dəstə də ayrılmışdı. Yeri gəlmişkən, ayətullahı qoruyan 15 nəfərlik dəstə ASALA-nın üzvlərindən ibarət idi.

1979-cu ildə İslam inqilabı nəticəsində şahın Tehranı tərk etməsindən sonra Fransa göz bəbəyi kimi qoruduğu Ayətullah Xomeynini təm-təraqla İrana gətirib, faktiki olaraq ölkənin liderinə çevirdi.

Sual oluna bilər: niyə? Özünü demokrat adlandıran Fransa şəriətçi Xomeynini hər hansı marağı olmasa qoruyub, hakimiyyətə gətirərdimi? Təbii ki, mümkün deyil. Haşiyə çıxaraq, qeyd edək ki, Fransadan gələn təyyarədə və sonrakı dönəmdə də Xomeynini elə həmin 15 nəfərlik dəstə müşayiət edirdi.

Bəs, İran hakimiyyətində Fransaya bağlılığı olan başqa kimlər təmsil olunub?

Yəni, Xomeyni Fransanın İran, daha dəqiqi Yaxın Şərq siyasətinin əsas fiquru idi. Lakin bu qədər böyük maraqlardan danışırıqsa, Xomeyninin Fransanın İrandakı yeganə adamı olması da reallıqdan uzaqdır. Təxmin etmək olar ki, onların sayı kifayət qədər çox olub. 1980-1981-ci illərdə İran prezidenti olmuş Əbülhəsən Banisədrin adı Fransa xüsusi xidmət orqanları ilə birgə daha tez-tez çəkilirdi. İslam inqilabının ilk illərində Xomeyninin "sağ əli" kimi görülən Banisədrin sonradan Ayətullahla arası dəydi. Və təxmin edin, Əbülhəsən hansı ölkəyə pənah apardı? Təbii ki, Fransaya.

Fransa ilə bağları olduğu haqda məlumatların yayıldığı bir digər şəxs isə Qasim Süleymani idi. Sağlığında Xameneyidən sonra İranda ikinci ən güclü şəxs sayılan Süleymani öldürüldüyü zaman, İran istisna olmaqla, 3 ölkə generalın qətlini pisləyən bəyanat yaydı. Rusiya, Çin və Fransa. Rusiya və Çinin İranla müttəfiqliyi, eləcə də ABŞ-la düşmənçiliyi bəllidir. Amma Fransanın bu siyahıda olması üçün görünən qədərilə heç bir səbəb olmamalı idi.

Sonda qeyd edək ki, İranın siyasi kursu bu gün də Fransanın maraqları ilə toqquşur. Yəni, İran hökumətinin yüksək pillələrində yenə də Fransaya bağlı adamlar var...
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}