İran Azərbaycana qarşı yumşalmağa başlayır

13:32 2.01.2023 2 123
İran Azərbaycana qarşı yumşalmağa başlayır


Azərbaycan və İran xarici işlər nazirlərinin telefon danışığı olub


Dekabrın 31-də Azərbaycan və İran xarici işlər nazirləri Ceyhun Bayramov ilə Hüseyn Əmir Abdullahian ikitərəfli gündəliyin aktual məsələlərini, xüsusilə də iqtisadi-ticarət və nəqliyyat sahələrində əldə edilmiş razılıqlar çərçivəsində icra edilən layihələri müzakirə edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, nazirlər arasında telefon danışığı zamanı “Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının” İran tərəfindən yeni həmsədrinin təyin edilməsi ilə komissiyanın işinin intensivləşdirilməsi niyyəti ifadə olunub.

“Tərəflər, həmçinin bölgədə post-münaqişə dövründə vəziyyəti, habelə daha geniş regional məsələləri müzakirə ediblər. Telefon danışığı zamanı, nazirlər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar”, - xəbərdə qeyd edilir.

İRNA agentliyi isə İran Xarici İşlər Nazirliyinin məlumatına istinadən bildirir ki, Hüseyn Əmirabdollahian qeyd edib ki, iki ölkə arasında nəqliyyat və tranzit sahələrində əməkdaşlıq gücləndirilməlidir və onlar iki ölkə arasında ticarət mübadiləsini artırmağa hazırdır.

“Nazir İranın bölgədə xarici ölkələrin mövcudluğuna qarşı olduğunu vurğulayaraq, bölgədəki problemlərin müsbət yanaşmalarla region ölkələri ilə həll oluna biləcəyini vurğuladı. Hər iki tərəfin media fəaliyyəti ilə bağlı işçi qruplarının yaradılması və iki ölkə arasında ortaq sərhəddə Araz çayının su qıtlığı və çirklənməsi ilə bağlı araşdırmaların aparılması İranın xarici işlər naziri tərəfindən gündəmə gətirilən və müzakirə edilən məsələlərdəndir,” - İran Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.

İran-Azərbaycan münasibətlərində gərginlik artıq 3 aydan çoxdur davam edir. Belə ki, oktyabr-noyabr aylarında İran Azərbaycanla, Azərbaycan isə İranla sərhəddə hərbi təlimlər keçirib.

Rəsmi Tehran Şiraz şəhərində terror hadisəsi ilə bağlı Azərbaycan vətəndaşlarını saxladığını, Azərbaycanın təhlükəsizlik qurumları isə İran xüsusi xidmət orqanlarının Azərbaycanda təxribat-pozuculuq fəaliyyəti ilə əlaqəli olduğu bildirilən azı üç qrupu həbs etdiyini bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi İran vətəndaşlarının Azərbaycan ərazilərinə qanunsuz keçidi ilə bağlı yayılmış məlumata aydınlıq gətirilməsi məqsədilə dekabrın 3-də İranın Azərbaycandakı səfirliyinə nota göndərildiyini bildirib.

Belə ki, İran vətəndaşları qanunla müəyyən edilmiş sərhəd-keçid məntəqələrindən kənar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə (Dağlıq Qarabağa) daxil olduğu barədə xəbərlər yayılıb.

Azərbaycan xarici işləır naziri Ceyhun Bayramov 2022-ci il dekabrın 27-də Azərbaycan-İran münasibətləri ilə bağlı sualın cavabında deyib ki, son müddət ərzində Azərbaycan-İran münasibətlərində bəlli bir gərginlik var.

“Mən vəziyyəti çox dramatikləşdirməzdim. Çünki burada problemli istiqamətlər də var. Ancaq eyni zamanda hətta son dövrlərdə də bir sıra istiqamətlərlə bağlı müsbət nəticələr də var. İqtisadi sahədə əldə olunmuş razılaşmalar var və onlar icra olunur. Ancaq Azərbaycan-İran münasibətləri mövcud durumdan daha yaxşı ola bilərdi yoxsa yox? Bəli, daha yaxşı ola bilərdi. Hesab edirəm ki, daha yaxşı olmalıdır. Ən azından münasibətlərin gərginləşməsində Azərbaycan Respublikası heç bir fonda, heç bir istqamətdə təşəbbüskar olmayıb. Dəfələlrə bu barədə həmkarım Hüseyn Əmir-Abdullahianla danışıqlarımız olub, o da hər zaman münasibətlərin yaxşılaşması, münasibətlərin daha müsbət məcrada inkişafının tərəfdarı olduğunu bildirib. Azərbaycanın mövqeyi belədir ki, bu dost, qonşu münasibətləri qarşılıqlı hörmət, bir-birinin maraqlarının nəzərə alınması, bir-birnin daxili işlərinə qarışmamaq prinsipləri əsasında qurulmalı və inkişaf etməlidir”, - deyə, nazir bildirib.

Amerikanın səsi
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:18

Britaniya 100 min keçmiş hərbçini səfərbərliyə çağırdı

11:11

Bakıda biabırçılıq: Tarixi qapını söküb yerinə şəklini yapışdırdılar - FOTO

10:56

Vatsapdan uzun zamandır gözlənilən YENİLİK

12:43

Belə olsa, istefa verəcəyəm - Paşinyan

12:29

Batum sazişində Ermənistan ərazisi 11 min kv.km olub

12:08

Ələt hava limanının açılacağı tarix bilindi

11:58

Pezeşkianın etirafı: "Xəzinə boşalır, etirazlar artır"

19:54

İlk pilotsuz döyüş təyyarəsi - "Kızılelma"

19:28

Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı

19:21

Məleykə Abbaszadə BDU-ya rektor təyin edildi

19:14

Ambulator müalicə zamanı bu dərmanlar pulsuz olacaq

19:06

"Trampla Nobel Sülh Mükafatını yarızarafat müzakirə etdik" - Putin

20:32

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

20:28

Bayramovla ABŞ rəsmisi arasındakı görüşün təfərrüatları

20:08

Szinpin nəyə görə Putini şəxsən qarşılamadı?

19:57

İşdən çıxarılan müəllimlərin əksəriyyəti... - Nazir açıqladı

13:34

Yüzlərlə pasiyentin müraciət etdiyi institutda qəribə vəziyyət: Əsas tibbi cihaz yoxdur?

13:21

Yenə İran, yenə külli miqdarda narkotik qaçaqmalçılığı... - Qarşısı alınıb

11:59

17 Noyabr - Milli Dirçəliş Günü

11:48

Türkiyədə müxalif telekanalda əməliyyat: Saxlanılanlar var

11:38

YENİLİK: Pensiyaçılar bank seçimini özləri edə biləcək

11:22

Siqaret bahalaşa bilər - Qiymət və tarix...

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}