ABŞ DD: "Qubad İbadoğlunun həbsini "yaxından İzləyirik"" - VİDEO

12:42 25.07.2023 1 182
ABŞ DD: "Qubad İbadoğlunun həbsini  "yaxından İzləyirik"" - VİDEO

ABŞ bazar ertəsi Azərbaycanda müxalifət partiyasının sədri Qubad İbadoğlunun həbsini yaxından izlədiyini bildirib. Bu barədə "Turan.az"-ın Vaşinqton müxbiri xəbər verib.

"Biz Qubad İbadoğlunun həbsini yaxından izləyirik... Birləşmiş Ştatlar insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına qətiyyətlə sadiq qalır", - Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat brifinqində müxbirin suallarını cavablandırarkən deyib.

“Biz Azərbaycanı öz vətəndaşlarının, o cümlədən, Qubad İbadoğlunun Azərbaycanın konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq insan hüquqlarını və əsas azadlıqlarını qorumağa çağırırıq”, - Miller əlavə edib.

Bildiririk ki, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, nüfuzlu iqtisadçı alim (bu yaxınlarda ABŞ-ın Rutgers Universitetində çalışıb) Qubad İbadoğlu iyulun 23-də onun Bakıda yaşamadığı mənzilindən polisin 40 min dollarlıq saxta əskinaslar tapdığı iddiasından sonra saxlanılıb. Ailəsi bu pulların İbadoğluya aid olmadiğını bildirib.

Xatırladaq ki, uzun illər xaricə getdikdən sonra bu yaxınlarda Azərbaycana qayıdan İbadoğlu ötən ay mühacirətdə olan bir neçə aparıcı azərbaycanlı siyasətçi və fəalla birlikdə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradıldığını elan edib.

Qeyd edək ki, Azərbaycan hökuməti onu həm də Fəthullah Gülənin terror təşkilatı ilə əlaqədə ittiham edib.

Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}