Hikmət Hacıyev: "Vandalizmlərə göz yummusunuz, kar-lal münasibət göstərmisiniz"

12:34 12.08.2023 1 364
Hikmət Hacıyev: "Vandalizmlərə göz yummusunuz, kar-lal münasibət göstərmisiniz"

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “The Washington Post”un köşə yazarı Devid İqnatiusun Laçın yolu ilə bağlı dərc etdiyi məqaləsini tənqid edərək, onun işğalçılığa haqq qazandırdığını bildirib.

Azərbaycanın xarici siyasət səlahiyyətlisi tvitter hesabında daha sonra yazıb:

"“The Washington Post”da Devid İqnatiusun rəyi Azərbaycana qarşı əvvəlcədən yazılmış tipik təbliğat/dezinformasiya xarakterli məqalələr silsiləsindəndir. Dostunu göstər, kim olduğunu deyim! D.İqnatius Ruben Vardanyanın yaxşı dostudur. Sonuncu kriminal oliqarxdır.

Ruben Vardanyan çirkli pulların yuyulması sxemləri ilə ofşor banklara 2 milyard dəyərində pul köçürüb. Keçən il Qarabağa paraşütlə tullanan və “The Washington Post”un köşə yazarı İqnatius tərəfindən mədh edilən Ruben Vardanyanın “Avrora” təşəbbüsü çərçivəsində D.İqnatius rahat sığınacaq tapıb.

İqnatius, 2016-cı ildə Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfərində olduğu kimi, Ermənistanın himayə etdiyi separatçı marionet rejimi yerlərdə bütün faktları yanlış şərh etməklə və işğala haqq qazandırmaqla dəstəkləməkdə və müdafiə etməkdə davam edir.

Siz, 2016-cı ildə Azərbaycanın o vaxtkı işğal olunmuş torpaqlarına səfər etmiş jurnalist kimi, oradakı bütün vandalizmlərə göz yummusunuz/kar-lal münasibət göstərmisiniz. Laçın yolunun funksionallığı ilə bağlı qərəzli yazınız heç kəsi təəccübləndirmir. Amma “The Washington Post”dakı bu cür yazılar mənə sovet dövrünün Siyasi Bürosunun sifarişlərini xatırladır”.


Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}