Tahir Kərimli Rasim Balayevə haqq qazandırdı

21:09 17.08.2023 1 785
Tahir Kərimli Rasim Balayevə haqq qazandırdı

“Rasim Balayevlə şəxsi münasibətlərimin hamar olmamasına baxmayaraq, mən ona haqq qazandırıram. Rasim Balayev mənim deputat seçilməyimin əleyhinə olub, deputat fəaliyyətimlə də bağlı narazılığını bildirib. Amma indi obyektivlik naminə onun dediklərinə heç də pis baxmıram.

Əvvəla, Rasim Balayevin nə dövlət, nə də ictimai hansısa vəzifəsi yoxdur ki, o, cəmiyyətin müəyyən kəsiminin istəyini Prezidentə çatdıraydı. Balayevə “İstiqlal” ordeni təqdim olunub, mən də bu münasibətlə onu təbrik edirəm”.


Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Deputat Xalq artisti Rasim Balayevin Prezident İlham Əliyevə “Əsl Babək sizsiniz” deməsinə görə təndiq olunmasına isə belə cavab verib:

“Dövlət başçısına minnətdarlığını bu cür bildirib. Onu tənqid edənlər Qarabağın bir kəndini belə almağı xəyal edirdilər. Prezidentin rəhbərliyi ilə Ordumuz şəhid, qazi verərək nə qədər torpaqlarımızı azad etdi. Rasim Balayev böyük sənətkardır. Ona orden verdiyinə görə Prezindentin jestinə qarşılıq olaraq bir kəlmə onu Babəkə oxşatmaqla nə günah edib?

Həqiqətən, neçə yüz il idi ki, torpaqlarımızı işğaldan azad etmirdik. Ali Baş Komandan kimi Prezidentin rəhbərliyi ilə qələbəyə nail olduq. Rasim Balayev də fikirlərini bu cür bildirir. Kimsə qatı müxalifətdir, hakimiyyətdən xoşu gəlmir deyə, Rasim Balayev də hakimiyyəti pisləməlidir? Bunu doğru hesab etmirəm. Bəlkə də, Rasim Balayev “kütlə” deyəndə xalqa deyil, özünü kütlə kimi aparan qismə xitab edib. Mən belə düşünürəm. Yaxud, ehtiyatsızlıq olub. Amma bu, Rasim Balayevin böyük sənətinə heç cür kölgə sala bilməz. İçi mən qarışıq, hamımız Nəsiminin, Babəkin obrazları ilə böyümüşük, onların ideyalarını mənimsəyib, özümüzü onlara oxşatmaq istəmişik, yolçuları olmağa çalışmışıq. “Nəsimi”, “Beyrək”, “Babək” deyəndə, xalqımızın gözünün qarşısına elə Rasim Balayevin obrazı gəlir. Bu adam dəfələrlə bildirib ki, rol oynamışam, özüm Babək deyiləm.

Buna görə də Rasim Balayevə qarşı hücumu qınayıram. Yaxşı hal deyil. Deyəsən, bir çoxları söz tapmırlar, gündəmə belə şeyləri gətirirlər”.
(Pravda.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}