Abşeronla bağlı dəhşətli faktlar: Bunu utandıqlarından etiraf edə bilmirlər...

14:54 20.08.2023 2 114
Abşeronla bağlı dəhşətli faktlar: Bunu utandıqlarından etiraf edə bilmirlər...

Tanınmış araşdırmaçı Allahverdi Aydın Abşeronla bağlı dəhşətli faktlar açıqlayıb. Onun sözlərinə görə Abşeron yarımadasının ərazisi (2110 kv. km) Azərbaycanın ümumi ərazisinin (86,6 min kv. km) 2,4%-ni təşkil edir.

O, Abşeronun ölkə ərazisinin bu qədər kiçik bir hissəsini tutmasına baxmayaraq, əhalisinin yarıdan çoxunun bu zonada yaşadığını qeyd edib:

“Ölkə əhalisinin 50%-dən çoxu Abşeronda cəmləşib. Bakı, Xırdalan və Sumqayıt faktiki olaraq birləşib və Abşeron meqapolisinə çevrilib. Dövlət Statistika Komitəsi utandığından bunu birbaşa etiraf eləyə bilməsə də, dolayısı yolla bunu təsdiqləyir.

Məsələn, DSK-nin son məlumatına görə ölkə üzrə:

- Pərakəndə ticarət dövriyyəsinin 63%-i,

- Sərnişin daşımalarının 52%-i,

- İnformasiya və rabitə xidmətlərinin 96%-i,

- Ödənişli xidmətlərin – 66%-i,

- İaşə dövriyyəsinin 72%-i,

- Elektrik enerjisi istehlakının (əhali üzrə) 52%-i

Abşeron meqapolisinin payına düşüb.

Dünyanın heç bir yerində belə analogiya yoxdur. Böyük ehtimalla heç bir normal ölkədə əhalinin yarıdan çoxu ölkə ərazisinin 2,4%-də cəmləşməyib.

Son 20 ildə regionların sosial-iqtisadi inkişafı adı ilə 4 Dövlət Proqramı icra olunub. Əvvəllər ümid edirdik ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı icra olunan Dövlət Proqramları bu anormal urbanizasiya probleminin qarşısını alar. Amma nəticəsi olmadı.

İndi də ümid edirik ki, məcburi köçkünlər öz yurdlarına dönəcək və bu problem qismən də olsa həll olunacaq”.
/Yenisabah.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}