Mətbuat Şurası bəyanat yaydı

12:03 16.01.2023 940
Mətbuat Şurası bəyanat yaydı

Dünya mediası Laçın-Xankəndi yolundakı aksiyanı obyektiv işıqlandırsın!

Azərbaycanlı fəalların və qeyri-hökumət təşkilatları təmsilçilərinin Laçın-Xankəndi yolunda keçirdikləri aksiyanın dünyanın bir sıra media vasitələrində təqdimatı cəmiyyətimizin müxtəlif təbəqələri kimi, ölkəmizin jurnalist ictimaiyyətinin nümayəndələrini də ciddi şəkildə narahat etməkdədir. Azərbaycan Mətbuat Şurası bildirir ki, bu təqdimatlar söz və ifadə azadlığının imkanlarından sui-istifadədir, qərəz və qeyri-obyektivlikdir.

Qarabağ Azərbaycanın suveren, beynəlxalq səviyyədə tanınmış ərazisidir. Bölgədə yaşayan ermənilər də hüquqi baxımdan ölkəmizin vətəndaşlarıdırlar. Lakin erməni lobbi və diaspor təşkilatlarının, habelə, Qarabağdakı qondarma rejimin “dövlət naziri” kimi oyuncaq postu tutan Ruben Vardanyanın çirkli maliyyəsi hesabına məqsədli formada hərəkətə gətirilmiş dünyanın bəzi media orqanları elə görüntü yaradırlar ki, sanki, azərbaycanlı fəalların Laçın-Xankəndi yolunda keçirdikləri aksiya Qarabağ ermənilərinin yaşam hüququna təhdiddir. Bu fonda humanitar fəlakət, Azərbaycanın erməni əhaliyə qarşı soyqırımı, etnik təmizləmə, 120 min erməninin blokadada qalması, onlardan 30 mininin uşaq olması, Xankəndi xəstəxanalarında ağır xəstələrin mövcudluğu kimi yalan şablonlar dövriyyəyə buraxılır. Belə təqdimatlar reallığı qətiyyən əks etdirmir. Çünki azərbaycanlı fəalların etirazının konkret məqsədi var. Aksiya heç bir halda Qarabağı blokadada saxlamaq məramına xidmət etmir, bölgəyə humanitar yüklərin daşınmasında hər hansı problem, maneə yoxdur.

Laçın-Xankəndi yolundakı aksiya artıq bir aydan çoxdur ki davam edir. Qeyd edilmiş media vasitələri ermənipərəst siyasətin əsirinə çevrilməyib duruma bir qədər həssas yanaşsaydılar, vardanyanların və digərlərinin şablonlarının mahiyyətinə diqqət yetirər, müəyyənləşdirərdilər ki, bölgədə humanitar fəlakət kimi qiymətləndiriləcək durum tam istisnadır. Təəssüf ki, biz belə həssas yanaşmanı deyil, qeyri-peşəkarlığı görürük. Bu yol isə aksiya ilə bağlı əsl gerçəklikdən diqqəti yayındırmaqdır, aşkar manipulyasiyadır.

O da təəssüf doğurur ki, bilərəkdən, yaxud bilməyərəkdən manipulyasiyaya yol verənlər dünyanın və Avropanın ictimai rəyində çəkiyə malik olduğunu, fikir plüralizmini rərbər tutduğunu, yaradıcılıqlarının bəşəri dəyərlərə xidmət amalına söykəndiyini bəyan edən media vasitələridir. Onların məqalələri, faktiki olaraq, bir-birinin təkrarıdır. Eyni məzmun, eyni qərəzli iddialar, hətta, bəzi hallarda cümlələr belə eynidir.

Halbuki, obyektiv media R.Vardanyanın kimliyini araşdırmalı, onun böyük məbləğdə pul maxinasiyaları həyata keçirdiyini, kriminalla yaxın olduğunu bildirməli, belə bir şəxsin qanunsuz və cinayət xarakterli fəaliyyət həyata keçirdiyini diqqətə çatdırmalıydı. Bu, bəşəri dəyərlərə xidmət nümunəsi olardı.

Azərbaycan Mətbuat Şurası dünyanın aparıcı media vasitələrini Laçın-Xankəndi yolundakı aksiyaya obyektiv qiymət verməyə, onunla bağlı əsl həqiqətlərə diqqət yetirməyə, birtərəfli və qeyri-obyektiv təbliğatın aləti olmamağa çağırır. Onlar nəzərə almalıdırlar ki, bu aksiyanın, ümumiyyətlə, Azərbaycan və Ermənistan arasındakı münaqişəli durumun beynəlxalq miqyasda ədalətli təqdimatı, bütövlükdə Cəbubi Qafqaz coğrafiyasında sülhün, əminamanlığın, dinc birgəyaşamın formalaşması baxımından son dərəcədə vacibdir.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}