Türkiyədə gizli Qarabağ müzakirəsi...

12:12 4.10.2023 1 274
Türkiyədə gizli Qarabağ müzakirəsi...

ABŞ, Avropa İttifaqı və Rusiyanın yüksək səviyyəli rəsmiləri Azərbaycanın lokal antiterror əməliyyatlarından bir neçə gün əvvəl Qarabağdakı vəziyyətlə bağlı Türkiyədə gizli danışıqlar aparıblar.

Bu barədə "Politico" nəşri yazıb.

Yazıda qeyd olunur ki, bu görüş Ukraynada müharibə başlayandan bəri Moskva ilə Qərb arasında mühüm təhlükəsizlik problemi ilə bağlı nadir, son nəticədə uğursuz təmasdır.
Müzakirələrdən məlumatlı olan yüksək səviyyəli diplomat "Politico"ya bildirib ki, görüş sentyabrın 17-də İstanbulda "Qarabağın doqquz aylıq blokadasına son qoyması və Ermənistandan gələn humanitar yardım karvanlarının keçməsinə icazə verməsi üçün Azərbaycana təzyiq cəhdləri çərçivəsində" baş tutub. Onun sözlərinə görə, görüşdə "lənətə gəlmiş yük maşınlarının necə hərəkət etdirilməsi, ərzaq və yanacaq təchizatının 100.000 sakinə çatmasını təmin etmək" müzakirə edilib.

ABŞ-ı danışıqlarda Lui Bono - Vaşinqtonun Qafqazla danışıqlar üzrə baş müşaviri təmsil edib, Aİ isə görüşə xüsusi elçisi Toivo Klaarı göndərib. Rusiya isə danışıqlara Ermənistanla Azərbaycan arasında əlaqələr üzrə Rusiya Federasiyasının xüsusi nümayəndəsi olan İqor Xovayevi göndərib.

"Politico"ya verdiyi açıqlamada, AB rəsmisi "anlaşılmazlıqların qarşısını almaq üçün müvafiq həmsöhbətlərlə əlaqə saxlamağın vacib olduğuna inanırıq" deyib. O, həmçinin qeyd edib ki, Klaar “son illərdə” bir çox cəbhələrdə, o cümlədən Xovayev və Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə əlaqələri saxlamağa çalışıb.

ABŞ Dövlət Departamentinin sözçüsü görüşlə bağlı şərh verməkdən imtina edərək, “biz özəl diplomatik müzakirələri şərh etmirik” deyib.

Bununla belə, məsələdən xəbərdar olan ABŞ rəsmisi bildirib ki, müzakirə zərurəti Kremlin bölgədə vəziyyətə nəzarətini saxlamasından irəli gəlib.

“Biz bu məsələdə ruslarla işləmək imkanına malik olmalıyıq. Çünki onların xüsusən də indiki təhlükəli məqamda tərəflərə təsir imkanı var”, - ABŞ rəsmisi bildirib.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}