İcarə torpağı əlindən alınan sahibkar yenidən mətbuata üz tutdu - FOTO

21:32 6.10.2023 1 897
Sabiq vitse-prezident Mikayıl İsmayılov nə şikayət yazılarına reaksiya verir, nə də şikayətçini qəbul edir

İcarə torpağı əlindən alınan sahibkar yenidən mətbuata üz tutdu - FOTO

İkinci dəfə saytımıza müraciət edən Ağsu şəhər sakini Elşən Məhəmməd oğlu Məmmədov bir daha bildirir ki, 2007-ci ildə Ağsu rayonunun Ərəbsarvan kənd Bələdiyyəsindən 100 hektar bir, 24 hektar da bir olmaqla, heyvandarlığın inkişaf etdirilməsi üçün 30 il müddətinə torpaq sahəsini icarəyə götürüb. Şikayətçi qeyd edir ki, Yuxarı Şirvan Kanalının cənub tərəfində Kürdəmir qobusu ilə su kanalının arasında yerləşən həmin ərazidə, təyinata uyğun olaraq, mal tövləsi, iki qoyun damı, quzu damı, çoban evi, iki talvar, işçi otaqları, anbar olmaqla, ümumilikdə 1437,8 kv.m-lik tikinti işləri aparıb.

E.Məmmədovun sözlərinə görə, özünün digər işlərilə əlaqədar sonradan təsərrüfatın idarəçiliyini etibarnamə ilə qardaşı İbrahim Məhəmməd oğlu Məmmədova həvalə edib. 2016-cı ilə qədər müqavilə rüsumunun ödəndiyini və işlərin tam qaydasında getdiyini bildirən müraciət sahibi, bildirir ki, 2016-cı ilin əvvəlində qardaşı dünyasını dəyişib...

Elşən Məmmədov deyir ki, bir müddət başları hüzrə qarışıq olub. Bir də xəbər tutub ki, ərazidəki tikintilər dağıdılıb, əvəzində başqa adamlar ərazidə böyük tikinti işləri aparır. Öyrənib ki, sözügedən ərazini SOCAR-ın o zamankı vitse-prezidentlərindən biri Mikayıl İsmayılov zəbt edib. O vaxtlar Ərəbsarvan kəndinin bələdiyyə sədri olan Gülsüm Əhmədova Elşən Məmmədova məsələdən xəbərsiz olduğunu bildirib.

E.Məmmədovun sözlərinə görə, Mikayıl İsmayılov qısa müddətdə sözügedən ərazidə böyük “Aqropark” inşa edib:

“Maliyyə imkanlarım olmadığından, həm də Mikayıl İsmayılovun yüksək vəzifə daşıması səbəbindən problemi məhkəmə yolu ilə həll etmək istəmədim. Sonradan Daşınmaz Əmlakın Şamaxı Regional Reystri Xidmətindən öyrəndim ki, mənimlə Ərəbsarvan Bələdiyyəsi arasında 30 illiyə bağlanmış 14 mart 2007-ci tarixli, 09 saylı müqavilə əsasında əlimdə olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təsis etdiyi kadasr məlumatlarının kökü elektron bazadan silinib və 2016-cı ildə, yəni qardaşımın ölümündən sonra, həmin əraziyə Mikayıl İsmayılovun qardaşı Müşfiq İsmayılovun adına Reystr xidmətindən Çıxarış alınıb. Yəni, mənim xəbərim olmadan icarəmdə olan torpaq sahəsi Mikayıl İsmayılovun vəzifə səlahiyyətlərinin və külli-miqdarda var-dövlət sahibi olmasının güdazına gedib.”


Elşən Məmmədov vurğulayır ki, dəyəri 100 min manatlarla ölçülən tikintilərinin qanunsuz şəkildə dağıdılmasının və icarə torpağının hegemonluq yolu ilə zəbt olunmasının qarşılığında susmaq istəmir:

“Həmin ərazidə mən və qardaşım halal zəhmətimizlə qazandığımız pulla 144 kvadratmetr ölçüdə tikinti işləri aparmışdıq. Həmin tikintilərə o vaxtkı pulla 100 min manatlarla pul yatırtmışdıq. O cümlədən, hər il Ərəbsarvan Bələdiyyəsinin hesabına müqavilədə nəzərdə tutulan məbləğdə vəsait ödəmişik. İndi, niyə kimsə, hansısa dövlət məmuru, vəzifəsindən sui-istifadə edərək, icarə torpağımızı zəbt edib?!. Qanunlara qarşı bu qədər saymazlıq, biganəlik olmaz!

Bəllidir ki, icarədə olan torpağı icarədar sata bilməz, torpağın əsas mülkiyyətçisi bələdiyyədir. Biz də icarə torpağını heç kimə satmamışıq. Əgər, icarədar müqavilənin şərtlərini pozarsa, yaxud könüllü torpaqdan imtina edərsə, o zaman müqaviləyə xitam verilər. Amma bunlar özbaşına hər şeyi həll ediblər, hətta sənədin bazasını siliblər. Əlbəttə, bu cinayətdə əsas səbabkar bələdiyyə sədridir, sonra isə sənədin bazasını silən məmur, ardınca da Mikayıl İsmayılov.

Əlimdə olan sənədlər də göstərir ki, mənə qarşı böyük haqsızlıq olub, dövlət qanunları kobud şəkildə bir məmur tərəfindən tapdalanıb. Mikayıl İsmayılov kütləvi informasiya vasitələrində yayılmış şikayətlərimə hər hansı şəkildə reaksiya vermir. Digər tərəfdən, onun qəbuluna düşmək üçün etdiyim rəsmi müraciətləri də cavabsız qoyur. Bu üzdən yenidən mətbuata müraciət etmək qərarına gəldim. Xahiş edirəm, mənim haqlı mövqeyimin ictimailəşməsində, səsimin ali dövlət qurumlarına yetişməsində köməyinizi əsirgəməyəsiniz”.


Mövzuda adı çəkilən şəxslərin də açıqlamalarını dinləməyə və yaymağa hazırıq.






Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}