Abramyandan ETİRAF: “Ermənistandan Qarabağa ağır texnika daşınır”

17:43 17.01.2023 1 420
Abramyandan ETİRAF: “Ermənistandan Qarabağa ağır texnika daşınır”

"Qatar getdi, vəziyyət artıq fərqlidir... mümkün həll yolları nəzərdən keçirilməlidir”

Ermənistan parlamentinin “Şərəf duyuram” fraksiyasının katibi Tiqran Abramyan öz feysbuk səhifəsində maraqlı açıqlama yayıb.

Musavat.com erməni mediasına istinadən həmin açıqlamanı təqdim edir:

“Son günlər “dövlət naziri” Ruben Vardanyanın mümkün istefası kontekstində Ermənistanı Qarabağla birləşdirən dəhlizin mümkün açılması məsələsi qaldırılıb. Bu məntiqlə həm Ermənistan hakimiyyəti, həm də Azərbaycandan gələn siqnallar göstərir ki, “dövlət naziri”nin istefası dəhlizin açılmasına imkan yaradacaq. Ermənistan Respublikasının, hətta daha çox Azərbaycanın hakimiyyət orqanlarının istəklərini bir kənara qoyaraq, vəziyyətə faktiki nöqteyi-nəzərdən baxmağa çalışacağıq. Ruben Vardanyanın istefası Azərbaycanın yeganə istəyi və tələbidirmi və ya onun gedişi ilə bütün mövcud və qeyd olunan problemlər həll olunacaqmı?

Xatırladaq ki, dəhlizin rəsmi və qeyri-rəsmi səviyyədə bağlanmasından sonra Azərbaycan onun üçün ilkin şərt kimi Gülyataq mədəninin fəaliyyətinin dayandırılmasını, dəhlizin bəzi hissəsində nəzarət-buraxılış məntəqəsinin yaradılmasını, Ermənistandan Qarabağa və əks istiqamətdə yüklərin daşınmasına nəzarət etmək üçün lazımi avadanlıq quraşdırılmasını tələb edib. Digər tələb 44 günlük müharibədən sonra kiçik həcmdə, bir neçə mərhələdə Qarabağa (qondarma rejim nəzərdə tutulur - red.) çatdırılan ağır hərbi texnikanın çıxarılması ilə bağlı olub. Yəni dəhlizin mümkün açılması ilə bağlı Azərbaycan 4-5 tələb, o cümlədən Ruben Vardanyanın istefası məsələsini irəli sürür. Bu tələblər yerinə yetirildikdən sonra da dəhlizin açılacağına zəmanət verən varmı? Xeyr. Kiminsə zəmanəti varmı ki, Azərbaycanın tələbləri yerinə yetirilsə və dəhliz açılsa belə, məsələn, 1-2 aya eyni problem yaranmayacaq? Yaxud məsələn, qaz, elektrik enerjisi ilə bağlı problem olmayacaq? Əlbəttə, yox.

Seçim Qarabağın (qondarma, oyuncaq rejimin - red.) ixtiyarındadır, onlar çətin vəziyyətdədirlər və bu səbəblə onlara hansısa qərarlar və ya qaydalar diktə etmək çətindir. Hər halda indiki vəziyyətə ayıq başla düşünülmüş, hesablanmış şəkildə baxmaq lazımdır. Əks halda Azərbaycan elə ilkin şərtlər siyahısı açacaq ki, sadəcə olaraq müqavimət göstərmək üçün resurslar qalmayacaq. Mən Ruben Vardanyanın “dövlət naziri” təyin edilməsi təklifinin avqust-sentyabr aylarında verildiyini, təyinatın noyabrda baş tutmasını demirəm. Qərar verənin və maraqlı tərəflərin təyinatdan əvvəl hər şeyi ölçmək üçün kifayət qədər vaxtı var idi. Bu təyinatdan 2 ay sonra səbəbləri və riskləri geriyə doğru müzakirə etməyə başlamaq son dərəcə qeyri-ciddidir. Bu haqda əvvəldən düşünülməli idi. Qatar getdi, vəziyyət artıq fərqlidir və mövcud reallıqların məntiqi əsasında problemlərin mümkün həlli yolları nəzərdən keçirilməlidir”.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}