Ölümlə təhdid olunan agsulu sahibkar Prezidentdən kömək istəyir - MÜRACİƏT - VİDEO

15:47 16.10.2023 1 848
Ölümlə təhdid olunan agsulu sahibkar Prezidentdən kömək istəyir - MÜRACİƏT - VİDEO

Ağsu rayonunun Ərəbuşağı kənd sakini Mürsəlov Azər Xandadaş oğlu vasitəsilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə, Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazova, Azərbaycan Respublikasının Ombudsmanı Səbinə xanım Əliyevaya mürəciət edib.

Video-müraciəti yazılı və video şəklində təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

Surəti: Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya

Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə

Surəti: Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazova

Surəti: Azərbaycan Respublikasının Ombudsmanı Səbinə xanım Əliyevaya

Ağsu rayonunun Ərəbuşağı kənd sakini Mürsəlov Azər Xandadaş oğlu tərəfindən


MÜRACİƏT:


Cənab Prezident!

Yazıb, Sizə bildirirəm ki, mən Ağsu rayonunda sahibkar kimi qoyunçuluq təsərrüfatı ilə məşğul oluram. 22 il yay fəsillərində 400 başa yaxın xırdabuynuzlu heyvanımı bəsləmək ücün Şamaxı rayonunun Dəmirçi kəndi yaxınlığındakı Hacıxan yaylaq otlaq sahəsindən istifadə etmişəm. Hazırda həmin yaylaq otlaq sahəsi İsmayıllı rayonunun nəzarətindədir. 2023-cü ilin iyun ayında mənim heyvanlarımı daimi istifadə etdiyim ərazidən İsmayıllı RİH-nin əməkdaşları polis gücünə çıxartdılar. Dedilər ki, ərazi Ədalət Göyüşov adlı iş adamına satılıb, ərazidən çıxmasam, məni həbs etdirəcəkləri ilə hədələdilər. Halbuki ərazinin istifadəsinə dair əlimdə bütün dövlət sənədləri var. Məcbur qalıb, 367 baş xırdabuynuzlu heyvanımı qızmar yay günlərində arana - Ağsunun Ərəbuşağı kəndinə qaytardım. Yaylağa öyrəşmiş heyvanlarımın bir hissəsi yolda, bir hissəsi də aranda tələf oldu, böyük zərərlə üzləşdim.

Möhtərəm Dövlət Başçısı!

Sonradan öyrəndim ki, Ədalət Göyüşov İsmayıllı rayonunun Ruşan kəndində qeydiyyatda olmaqla, həmin kəndin 2019, 2020-ci illərdə bələdiyyə sədri olub. Amma əslində İsmayıllıda onu "tikinti maqnatı" kimi tanıyırlar. Belə ki, Ədalət Göyüşov özünə məxsus "Girdiman-E" MMC şirkəti ilə İsmayıllıda tikinti işləri ilə bağlı tenderlərin əsas qalibidir. İmkanlı şəxs olan Ədalət Göyüşov əlaqələri vasitəsilə mənim 22 il istifadə etdiyim qanuni ərazimi zor gücünə əlimdən alıb və başqa bir adamın istifadəsinə verib. İsmayıllı RİH-nin məsul məmurları mətbuata etdiyim müraciətlərdən sonra haqqım olan ərazini mənə qaytarmaq istəsələr də, Ədalət Göyüşov ciddi-cəhdlə bu işə mane olur, arxasında dayanan tanımadığım böyük cinli məmurlar vasitəsilə icra hakimiyyətinə təzyiqlər göstərir, "İstəyirsiz Prezidentə deyin, həmin ərazini qaytarmayacam!" - deyir.

Hörmətli, Prezident!

Ədalət Göyüşov mənə başqa-başqa adamlar vasitəsilə zəng etdirir, hədə-qorxu gəlir, bizi ölümlə hədələyir. O, həmişə dövlət vergilərini ödəyib, təyinatı üzrə sahibkarlıqla məşğul olan bir təsərrüfatçını haqsız yerə incidir, imkanlarına arxalanıb saymaz mövqe tutur, hətta özünü Prezidentdən də üstün saymaq cəsarəti tapır.

Sizdən xahiş edirəm, mənim haqlı səsimə səs verəsiniz, Ədalət Göyüşovun haqsız əməlinin qarşısının alınması baxımından müvafiq göstərişlər verəsiniz. Qeyd edim ki, bir neçə dəfə cənabınıza müraciət etmişəm, lakin işin araşdırılması İsmayıllı RİH-yə yönləndirilib. İsmayıllı RİH isə onun öhdəsindən gələ bilmir. Xahiş edirəm, məni Prezident Aparatında sənədlərimlə birgə qəbul etsinlər və bu süni problem birdəfəlik həll olunsun.

Əvvəlcədən təşəkkürlərimi bildirirəm.

İmza: A. X. Mürsəlov
/Bia.az

Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}