Bakı separatçıları qova bilər: Xankəndində əslində nə baş verir?..

18:39 17.01.2023 1 288
Bakı separatçıları qova bilər: Xankəndində əslində nə baş verir?..

Bu situasiya rejimin mövcudluğunun faktiki ləğvi deməkdir

Qarabağda separatçı-terrorçu rejim daxilində siyasi böhran yaranıb: rejimin yeni “parlament və prezident seçkiləri”nə getmək istədiyi, eləcə də Ruben Vardanyanın istefaya göndərilməsi xəbərləri yayıldı; bununla yanaşı, "Araikin də istefaya getmək istədiyi, rejimin yenidən formalaşdırılması” haqda məlumatlar var; daha sonra “siyasi böhranın” həll edildiyi, yeni “seçkilər” olmayacağı, Ruben və Araikin yerində qaldığı məlumatları gəldi.

Yenixeber.org: Laçın yolundakı aksiya fonunda Xankəndində baş verənlər rejimdaxili qarşıdurmanın kəskinləşməsindən xəbər verir. Və əsas proseslərin Vardanyan ətrafında yaşandığı bəllidir.

Vardanyanın önü Rusiya tərəfindən açılıb, 44 günlük müharibədən sonra erməni diasporu daxilində Paşinyanla problemləri yaranmış qanad da Rubeni dəstəkləyir. Bu vəziyyətdə hadisələrin mümkün inkişafı iki istiqamətdə ola bilər:
- Vardanyan separatçı rejimdə nəzarəti ələ alır;
- Xankəndidən İrəvan siyasətində müdaxilə edir, Qarabağda separatçı-terrorçu rejimin ləğvi reallaşarsa, Ermənistan siyasətinə transformasiya edərək, Paşinyana ciddi rəqib ola bilər.


Rubenin Qarabağa gətirilməsinin əsas hədəflərindən birinin məhz bu olduğu ehtimalı böyükdür və Paşinyanı narahat edən də budur. Xankəndində yaranmış vəziyyətin də bundan qaynaqlandığını deyə bilərik. Nikol proseslərin mümkün inkişafının qarşısını almaq üçün Araikdən Rubenin uzaqlaşdırılmasını tələb edir. Lakin Ruben istefaya getməkdən imtina etdi, onu göndərmək üçün “hökuməti” buraxmaq və yeni “seçkilər” keçirmək istəyirlər.

Son məlumatlara görə, Araiklə Ruben razılaşıb, nə istefa, nə də “seçkilər” olacaq, hərçənd, problem hələ də qalmaqdadır. Çünki Ermənistan hakimiyyətinin Vardanyana münasibəti Azərbaycanın təzyiqi qarşısında əzilən separatçılara əlavə çətinliklər yaradır.

Bu vəziyyətdə Bakı nə etməlidir:
Birincisi, qondarma rejim daxilində yaranmış qarşıdurmanın daha da kəskinləşməsi üçün təzyiqi gücləndirməli, həyat şərtləri çətinləşdirilməlidir: bu, erməni əhalisinin narazılığının tədricən rejimə qarşı çevrilməsinə də zəmin yarada bilər;
İkincisi, qondarma “rejim”in yenidən formalaşması məqsədilə yeni “seçkilər” gündəmə gələrsə, bunun baş tutmasının qarşısı alınmalıdır: bu situasiya rejimin mövcudluğunun faktiki ləğvi deməkdir.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}