Vahid Mustafayev: "Fətullah Gülən indiyə qədər Azərbaycanda terorrçu hesab olunmur"

18:46 24.10.2023 1 526
Vahid Mustafayev: "Fətullah Gülən indiyə qədər Azərbaycanda terorrçu hesab olunmur"

“Hörmət etdiyim müxtəlif şəxslər mənə bu barədə sual verirlər, yeganə cavabım ondan ibarətdir ki, ANS-i bu dəfə bağlayan Allah-Təala cənabları özü oldu. Allah bizim abır-həyamızı, mənim, ailəmin, qeyrətli əməkdaşlarımızın abrını qorudu. Mən də ancaq Allaha təşəkkür edirəm. Allah böyükdür və nə etdiyini bilir”.

Bu sözləri BBC Azərbaycancaya müsahibəsində ANS Şirkətlər Qrupunun təsisçisi Vahid Mustafayev telekanalın bağlanması haqda suala cavab olaraq deyib.

O, qeyd edib ki, faktoloji nöqteyi-nəzərdən kanalın bağlanmasına səbəb Fətullah Gülənlə müsahibə oldu:

“Ona görə də bizi bağlayan bütün instansiyaları məhkəməyə verdik və ən son məhkəməyə qədər biz mübarizəmizi apardıq. Biz hökumətə tərəf olan bir qurum olsaydıq, bizi niyə bağlamalı idilər? Müstəqil olmasaydıq necə müstəqil fəaliyyət aparardıq?

Fətullah Gülən indiyə qədər Azərbaycan ərazisində terorrçu hesab olunmur. Heç bir polis bölməsinin qarşısında cinayətkarların arasında onun şəkli yoxdur. Biz ANS vasitəsilə Üsamə bin Ladenin də müsahibəsini dəfələrlə göstərmişik, şəxsən mən Ter Petrosyandan, Basayevdən müsahibə götürmüşəm. Həmin müsahibələrdən sonra da Rusiyanın buradakı səfirliyi bizi terrorçu adlandırırdı. Məni o müsahibəyə görə Rusiyada həbs etmişdilər. Mən vaxtilə Əhməd Şah Məsuddan, Əfqanıstanda Dostumdan müsahibə almışdım. Dəfələrlə biz terrorçu adlandırılan şəxslərdən müsahibə almışıq və telekanalda yayımlamışıq. Bizim vəzifəmiz xəbər yaymaqdır, bu bizim peşəmizdir. Mən bu məsələdə heç bir qəbahət iş görməmişəm.

Fətullah Gülənlə əlaqəli məsələ olan zaman bizim müxbirimiz onun mətbuat konfransına getmişdi, o, şəxsən Fətullah Gülənlə görüşmək üçün getməmişdi. Həmin mətbuat konfransında bizim müxbirimizdən əlavə, 12 media qurumunun əməkdaşı da var idi”.


V. Mustafayev ANS-in satın alınması cəhdlərindən də danışıb:

“Bir dəfə məmurlardan biri məni yanına dəvət etdi, dedi ki, bizdə olan məlumata görə, siz ANS-in 50 faizini Fərhad Əliyevə vermisiniz. Biz sizdən istəyirik ki, 50 faizi bizə verəsiniz. Cavab verdim ki, yaxşı, gedin, Fərhad Əliyevdən götürün. Dedim ki, sizin əlinizin altında onlarla qurum var, baxa bilməzsiniz ki, şirkət kimin adınadır? Mən heç vaxt heç kimə şirkətin hansısa faizini verməmişəm. İlk gündən ANS Seyfulla və mənim olub, axırıncı günə qədər də bu cür davam edib”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}