"Vaqifin sözləri Bakıda səhv tərcümə edilir" - Mahiyyətsiz erməni etirazı - VİDEO

12:33 25.10.2023 1 316
"Vaqifin sözləri Bakıda səhv tərcümə edilir" - Mahiyyətsiz erməni etirazı - VİDEO

Meşəli qətliamının iştirakçılarından olan Vaqif Xaçatryanın Bakıda keçirilən məhkəmə prosesi zamanı verdiyi ifadəsinin “doğru tərcümə olunmadığı” iddia edilib.

Xəbər verilir ki, bu barədə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan açıqlama yayıb.

O, “Azadlıq” radiosunun məhkəmə prosesindən yaydığı videonu tirajlayıb və Xaçatryanın sözügedən videoda “sözbəsöz” bunları dediyini bildirib: “Mən orda olmamışam, hamıdan üzr istəyirəm, mən orda olmamışam”.

Marukyan bildirib ki, tərcüməçi isə bu sözləri “ermənilər tərəfindən törədilən insidentə görə Azərbaycan xalqından üzr istəyirəm” kimi yanlış tərcümə edib.

Qeyd edək ki, Vaqif Xaçatryanın tərcüməçisi ermənişünas alim İsmayıl Tanrıverdidir və o, erməni dilini mükəmməl bilir.

İndi isə keçək məhkəmə prosesindəki həmin tərcüməyə:

Video montaj edilib və kontekstdən çıxarılıb. Buna baxmayaraq, İsmayıl Tanrıverdinin həmin hissədə tərcüməsi belədir: “Mən, deyir, üzr istəyirəm bütün Azərbaycan xalqından, ancaq onu da deyirəm ki, orda iştirak etməmişəm. Bizlər (ermənilər – red.) tərəfindən olanlara görə üzr istəyirəm”.

Burdan da görünür ki, İsmayıl Tanrıverdi dəqiq tərcümə edib, eyni zamanda, ittiham olunan şəxsin fikrini tamamlayıb. Belə ki, Vaqif Xaçatryan, Edmon Manukyanın da dediyi kimi, “Mən orda olmamışam, hamıdan üzr istəyirəm, mən orda olmamışam” sözlərini işlədir. İndisə sual yaranır: “Mən orda olmamışam” sözlərindən sonra “hamıdan üzr istəyirəm” ifadəsinin işlənməsi hansı məntiqdən doğur? Yəni, bu, “orda olmadığıma və sizin qətliamınızda iştirak etmədiyimə görə üzr istəyirəm” kimi anlaşılmalıdır?

“Hamıdan üzr istəyirəm” ifadəsi buna görə mütləq tərcüməçi tərəfindən izah edilməliydi - əks halda, yuxarıdakı məna anlaşılacaqdı. Buna görə də İ.Tanrıverdi fikrin daha doğru çatdırılması üçün “üzrün” baş verən qətliama görə olduğunu izah edir.

Digər tərəfdən, Vaqif Xaçatryan azərbaycanca təmiz danışır və fikrini də yaxşı ifadə edə bilir. Bunu onun azərbaycanlı şahidlərlə birbaşa ünsiyyəti də təsdiqləyir. O, azərbaycanlıların evində dəfələrlə çörək kəsdiyini, Meşəlidə hər kəsi tanıdığını, az qala, hər evdə olduğunu da məhkəmədə bildirmişdi. Bəs niyə o, məhkəmədə ermənicə danışmalıdır? Burdan görünür ki, onun hüquqları ən yüksək səviyyədə qorunur.

Üçüncüsü, azərbaycanca yaxşı bilən V.Xaçatryan sözlərinin necə tərcümə edildiyini də eşidir və görür. Əgər hansısa fikri yanlış tərcümə edilsəydi, dərhal düzəliş edərdi. Vaqif Xaçatryan isə tərcümədən indiyə qədər heç bir narazılıq etməyib.

Əksinə, tərcümənin və Vaqif Xaçatryanın fikirlərinin mükəmməlcəsinə çatdırılmasından danışmaq mümkündür. Belə ki, İsmayıl Tanrıverdi – haqqında danışdığımız kontekstdə - ittiham olunan şəxsin yanlış anlaşılmaması üçün onun məhz niyə üzr istəməsini də izah edir.

Edmon Marukyanın bu cəhdi isə yalnız beynəlxalq ictimaiyyəti yanıltmağa yönəlib. Təsadüfi deyil ki, o, paylaşdığı bu videoya şərhi ingilis dilində yazıb və ingilisdilli auditoriyaya müraciət edib.

Ənənəvi erməni təbliğatıdır, bütün vasitələrlə şərləmə üzərində qurulub və beynəlxalq rəyə təsiretmə formasıdır. Hesab edirik ki, bu cəhdlərin qarşısı dərhal alınmalıdır./Axar.az

Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}