"Aristoteli başa düşən yoxdur", - deyənlər, filosof Martha Nussbaumu tanıyırlarmı?!.

22:52 17.01.2023 1 158








Yalçın İSLAMZADƏ
(ADA un., fizika müəllimi)










Aristotel, yəqin ki, fikirlər tarixində ən əhatəli, dərin, uzunmüddətli təsirə malik olan filosofdur. Orta Əsrlərdə böyük hərflə filosof - "Filosof" - yazılanda, Aristotel nəzərdə tutulub. İncillə Aristotelin fikirlərinin sintezindən kilsənin ortodoks görüşü yaranıb. Petrus Ramus yeni dövrün başladığını "Aristotel nə deyibsə, səhvdir!" - deyə, elan edib. Qaliley yeni fizikanı Aristotel fizikasının səhv olduğunu göstərdikdən sonra qurub, fikirlər ya onun təsiri ilə, ya da onun təsirinə reaksiya olaraq formalaşıb.

2500 ildir Aristotelin əsərlərindən geri qalan, 12 cild həcmindəki əsərləri öyrənilir, haqqında kitablar, məqalələr yazılır, müzakirə edilir, akademik tədbirlərdə təhlil olunur.

Martha Nussbaum Harvard Universitetindən "klassik fəlsəfə doktoru" adı almış filosofdur. Aristotel mövzusunda əsas avtoritetlərdən sayılır. BBC radiosu onu proqrama dəvət edir və xanım Nussbaum, qısaca, Aristotelin Metafizikasının "eynilik, davamlılıq, məntiqi mühakimə qəlibləri, məkan, zaman, maddə və səbəb-nəticə əlaqələri" haqqında olduğunu deyir, fəlsəfəsini analiz edir.

Kitabxanaçılıq fakultəsi məzunu, bədii yaradıcılıqla məşğul olan biri isə, iddia edir ki, "2500 ildir Aristotelin Metafizika əsərini başa düşən yoxdur". Sonra işarə edir ki, "yavaş-yavaş mən başa düşürəm".

Nə üçün Metafizika anlaşılmaz olmalıdır? Nə üçün əndrabadi fikirlər səsləndirən, formal fəlsəfə təhsili almamış, özünü "filosof" adlandırmaqla filosof kimi qəbul edilənlər qeyri-adi, sensasiyalı fikirlər səsləndirməklə, filosof olduqları qənaətlərini gücləndirə bilirlər?
Bu gün fəlsəfə olduqca texniki, akademik bir sahədir, özünü filosof adlandırmaqla filosof olmaq olmur.
Aforizmlər icad etmək, bəşəri dəyərlərə qarşı çıxmaq, elmi aşağılamaqla filosof olmaq mümkün deyil. Müdriklikdən yazan biri, elm tarixindən, elm fəlsəfəsindən, epistemologiyadan, elmi tədqiqatın mahiyyətindən, koqnitiv proseslərdən, neyroelmdən xəbərsizdirsə, necə idrakın xüsusi növü kimi müdriklikdən danışa bilər?

Məsələn, "Aristoteli başa düşən yoxdur", - deyənlər, çakma filosof Martha Nussbaumu tanıyırmı, oxuyubmu? Aristotel haqqında yazan və bu mövzuda avtoritet sayılan neçə müəllifin əsərləri ilə tanışdır ki, "Dünyada Aristoteli məndən başqa başa düşən yoxdur" - deyə bilir? İnsanlar reallıq hissini itirib, özləri haqqında yüksək fikirdə ola bilərlər. Ancaq intellektual zirvələr, yüksəkliklər belə asan əldə olunmur. Gərəkdir ki, oxucular da diqqətli olsunlar, dahilik iddiasında olan hər kəsə "qaz" verməsinlər, sonra reallıq hissini itirir, saçma-sapan fikirlər buraxırlar dövriyyəyə.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}