Türkiyə Cümhuriyyəti Güney Azərbaycanın ümid yeridir - MÜRACİƏT

11:24 29.10.2023 1 085
Türkiyə Cümhuriyyəti Güney Azərbaycanın ümid yeridir - MÜRACİƏT

Güney Azərbaycan Cümhuriyyət Partiyası Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə Prezident Ərdoğana təbrik məktubu ünvanlayıb. Məktubda Türkiyə Cümhuriyyətinin azadlıq üçün mübarizə aparan 40 milyondan çox Güney Azərbaycan xalqının böyük ümidi olduğu vurğulanıb.

Məktubun mətnini təqdim edirik:

“Cənab Prezident!

Cümhuriyyətin yaranmasının 100 illiyi münasibəti ilə sizi və türk xalqını ən səmimi arzularımızla təbrik edirik. Qardaş Türkiyə Sizin rəhbərliyiniz altında uğurlu idarəçiliyi ilə türk xalqlarının və dövlətlərinin sevincinə və qüruruna çevrilmiş, dünya dövlətləri arasında hörmətli mövqe qazanmışdır.

Türkiyə Cümhuriyyəti işğaldan azad olmaq üçün mübarizə aparan 40 milyondan çox Güney Azərbaycan xalqının böyük ümidi olmaqda davam edir. Çünki, biz, Güney Azərbaycan türkləri olaraq, Türkiyə Cümhuriyyətinin yaxın gələcəkdə bölgə xalqlarına və türk dövlətlərinə birlik və bütünlük təmin edən bir gücə çevriləcəyinə inanırıq. Eyni zamanda, Türkiyə Cümhuriyyəti bu güclə bölgədə daimi sülh və əmin-amanlığı təmin edən lider dövlət rolunu daim qoruyacaq. Sizin bir vaxtlar ifadə etdiyiniz kimi, Türkiyə məzlum və çarəsizlərin ümid qapısıdır. Bu səbəbdən, Türkiyə Cümhuriyyətinə olan etibarımızda yanılmadığımızı və cümhuriyyətimizin daim yaşayacağına sonsuz inamımız olduğunu bildirmək istərdik.

Biz, Güney Azərbaycan türkləri başda Türkiyənin istiqlal mübarizəsinin lideri və qurucusu Qazi Mustafa Kamal Atatürk olmaqla, bütün şəhid və qazilərimizi hörmət və rəhmətlə yad edirik.

Cümhuriyyətimizin növbəti ildönümlərini də sizin liderliyiniz və uzaqgörən siyasətiniz nəticəsində davamlı olaraq inkişaf edərək, böyüyərək keçirəcəyimizə qəti inanırıq”.


Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}