Ukraynadakı “Azərbaycan evi” bərpa edilib - FOTO

16:31 31.10.2023 1 295
Ukraynadakı “Azərbaycan evi” bərpa edilib - FOTO

Ukraynanın paytaxtı Kiyev şəhərində aylardır bağlı qalan “Azərbaycan evi” fəaliyyətini bərpa edib. Bu barədə Ukrayna Azərbaycanlıları Radası və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) ayrı-ayrılıqda keçirilən İdarə heyətlərinin iclasında qərar verilib. Qeyd olunub ki, “Azərbaycan evi”nin bütün borcları daxil olmaqla ofisin saxlanma və icarə xərcləri UABD tərəfindən ödəniləcək. Həmçinin bir neçə gün əvvəl binanın qarşısından endirilən Azərbaycan və Ukrayna bayraqları UABD-nin İdarə Heyəti və vilayətlərdən gələn təşkilat rəhbərlərinin iştirakı ilə əvvəlki yerinə qaytarılıb.

Xəbər verilir ki, İdarə Heyətinin üzvləri - alimlər, iş adamları və Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edən azərbaycanlılar 10 ildir diasporun istifadəsində olan, hamı tərəfindən tanınan ofisin bağlanması ilə razılaşmadıqlarını ifadə ediblər. Qeyd olunub ki, Ukrayna-Azərbaycan münasibətlərinin inkişafında, Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılmasında xüsusi rolu olan “Azərbaycan evi”nin bağlanması qətiyyən yolverilməzdir. Diaspor üzvlərinin fikrincə, Qarabağda aparılan uğurlu antiterror əməliyyatlarından sonra ölkəmizə qarşı təhdidlərin artdığı bir zamanda isə belə bir halın baş verməsi qəbuledilməzdir.

Bildirilib ki, hər zaman Azərbaycan dövlətinin yanında olan, Prezident İlham Əliyevin diaspor siyasətini dəstəkləyən UABD üzvləri bundan sonra da məhz bu məkanda eyni xətti davam etdirəcəklər. Əlavə olunub ki, “Azərbaycan evi”nin qapısı Azərbaycan dövlətinin maraqları naminə fəaliyyət göstərən bütün yerli təşkilatlara və soydaşlarımıza açıqdır.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi bütövlükdə 2023-cü ildə “Azərbaycan evi”nin icarə haqqını və saxlanma xərclərini ödəməyib. Cari ilin iyul ayından isə ofisin sahibi tərəfindən binanın giriş qapısı bağlanılıb, üzərindəki “Ukrayna Azərbaycanlıları Radası” lövhəsi çıxarılıb.






Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}