Hər kəsin satqın bildiyi adam, əslində...

16:07 19.01.2023 1 603
Hər kəsin satqın bildiyi adam, əslində...

Ukrayna kəşfiyyatı Rusiya prezidenti Vladimir Putinin işğal əmri haqda məlumatı ukraynalı maliyyəçi Denis Kireyevdən alıb. O, ötən il fevralın sonunda Rusiya-Ukrayna danışıqlarında iştirak edib və həmin ilin mart ayının əvvəlində Kiyevdə müəmmalı şəkildə öldürülüb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü “The Wall Street Journal”da dərc olunan “Rus casusu və ya Ukrayna qəhrəmanı” məqaləsində bəhs olunub. Qəzetin jurnalistləri Ukrayna və ABŞ-ın rəsmi şəxsləri, xüsusi xidmət orqanlarının nümayəndələri, həmçinin Kireyevin qohumları ilə söhbətdən sonra bu qənaətə gəliblər.


“WSJ”nin məlumatına görə, 45 yaşlı bankir Denis Kireyev Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanova Kiyevi ruslardan qorumağa kömək edən məlumatları verib. Kireyev Budanova fevralın 23-də Vladimir Putinin Ukraynaya müdaxilə əmri verdiyini deyib. Bundan əlavə, o, hücumun əsas hədəfinin - Kiyev yaxınlığındakı Antonov hava limanı olduğunu da çatdırıb. Rusiya komandanlığı Ukrayna paytaxtına hücum etmək üçün qoşun və texnikanı ora köçürməyi planladırırmış. Ötən ilin fevralın 24-də Rusiya hərbi helikopterləri buraya eniblər. Budanovun sözlərinə görə, Kireyevdən aldığı məlumat sayəsində aerodroma əlavə qüvvələr köçürülüb. Şiddətli döyüşlərdən sonra aerodromdan rusların Kiyevə hücum üçün tramplin kimi istifadə etməsi mümkün olmayıb. "Kireyev olmasaydı, çox güman ki, Kiyev alınardı", - deyə Kiril Budanov qəzetə bildirib.

Daha sonra Budanov Kireyevi Ukrayna nümayəndə heyətinin tərkibində Belarusda Rusiya-Ukrayna danışıqlarında iştirak etməyə dəvət edib. Çünki onun Rusiya nümayəndə heyətinin iki üzvü ilə tanışlığı varmış. Kireyev Ukrayna nümayəndə heyətinin tərkibində görünməsinin riskli olacağını deyib və əvvəlcə danışıqlarda iştirak etmək istəməyib, lakin daha sonra oraya getməyə razılıq verib. Burada görünəndən sonra onun Ukrayna xüsusi xidmət orqanları ilə əlaqəsi hamıya bəlli olub.


Danışıqların ikinci raundunun keçirildiyi gün, martın 5-də Denis Kireyev Belarusa səfərdə iştirak etməli olan mühafizəçiləri və hərbi kəşfiyyat agentləri ilə birlikdə Kiyev dəmir yolu stansiyasına gedib. O, mühafizəçilərinə həbs olunacağı təqdirdə müdaxilə etməmələrini tapşırıb.

Kiyevin mərkəzində Ukrayna Təhlükəsizlik Xidmətinin agentləri olan bir neçə avtomobil Kireyevin avtomobilinə müdaxilə edib. Onun mühafizəçiləri zərərsizləşdirilib, ukraynalı iş adamını mikroavtobusa mindirərək, naməlum istiqamətə aparıblar. Təxminən, saat yarım sonra Kireyev ölü olaraq tapılıb.
Ukrayna mediası həmin vaxt onun vətənə xəyanətdə şübhəli bilindiyini yazıb. Bununla belə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (QRU) Kireyevin öz işçisi olduğunu və “xüsusi tapşırığı” yerinə yetirərkən həlak olduğunu bildirib. Denis Kireyev qəhrəman kimi dəfn edilib. Ukrayna prezidenti Vladimir Zelenski onu “dövlət suverenliyinin və dövlət təhlükəsizliyinin müdafiəsinə müstəsna töhfəsinə görə”, ölümündən sonra, medalla təltif edən sənədləri imzalayıb.

Bu cür qətlləri araşdıran Ukrayna Dövlət İstintaq Bürosu “WSJ”nin suallarını cavablamaqdan imtina edib. Həmçinin, UTX-nin əks-kəşfiyyatının rəhbəri Aleksandr Poklad da şərh verməkdən boyun qaçırıb. Budanovun sözlərinə görə, Belarusdakı danışıqlardan bir gün əvvəl Kireyevə Pokladin ofisindən zəng edilib.

WSJ”nin yazdığına görə, növbəti aylarda Kiyev hakimiyyəti öz xüsusi xidmətlərində rus agentlərini axtarıb. Ötən ilin iyul ayında Vladimir Zelenski UTX rəhbəri İvan Bakanov və baş prokuror İrina Venediktovanı işdən çıxarıb. Zelenski onların işdən çıxarılmasını dövlətə xəyanət işi ilə izah edib. Ukraynada dövlət qulluqçuları ilə bağlı 650-dən çox dövlətə xəyanət işi başlanıb.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}