"Ağsu-1", "Göygöl Şərab 2"... saxta alkoqollu içki istehsal edirmiş - Almayın!

14:16 28.12.2023 2 212
"Ağsu-1", "Göygöl Şərab 2"... saxta alkoqollu içki istehsal edirmiş - Almayın!

Ayrı-ayrı istehsal müəssisələrinin vəzifəli şəxsləri tərəfindən saxta aksiz markalarının dövriyyəsi və keyfiyyətsiz məhsulların istehsalı ilə bağlı daxil olmuş məlumat əsasında Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən birgə əməliyyat-axtarış tədbirlərı keçirilib.

Bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti birgə məlumat yayıb.

Əldə olunan sübutlara əsasən “Göygöl Şərab 2”, “Agsu-1”, “Gold Alko” və “Quseynoff vodka” məhdud məsuliyyətli cəmiyyətlərinin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, bu ilin noyabr-dekabr ayları ərzində yerli alkoqollu içkiləri keyfiyyət standartlarına uyğun olmayan şəkildə istehsal edib satmalarına, həmin məhsulları saxta aksiz markaları ilə markalamalarına və qanunsuz olaraq dövriyyəsini həyata keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 200.1 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma), 205-1 (saxta aksiz markalarının dövriyyəsi), 213-1 (aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma) və 308.1-ci (vəzifə səlahiyyətlərində sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə ayrı-ayrı regionlarda yerləşən müxtəlif topdan və pərakəndə satış obyektlərində aparılmış axtarışlarla sözügedən müəssisələrə məxsus külli miqdarlarda keyfiyyətsiz spirtli içki məhsulları və saxta aksiz markaları aşkarlanaraq maddi sübut qismində götürülüb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}