Ekspert: "Azərbaycan 2023-cü ildə MDB-də ən zəif iqtisadi artım göstərən ölkə oldu"

13:56 11.01.2024 1 183
Ekspert: "Azərbaycan 2023-cü ildə MDB-də ən zəif iqtisadi artım göstərən ölkə oldu"

2020-2040-cı illərdə Bakı şəhərinin inkişafı üçün 93,6 milyard manat məbləğində vəsait tələb olunur. Bu barədə Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında qeyd edilib. Baş plana əsasən, bu vəsait 5 istiqamətdə tədbirlərin həyata keçirilməsinə yönəldiləcək. Şəhər ərazisinin inkişafı üçün 47,6 milyard, nəqliyyat infrastruktunun inkişafı üçün 16,9 milyard, mühəndis-kommunikasiya sistemlərinin inkişafı üçün 15,32 milyard, bərpa olunan enerji mənbələrinin inkişafı üçün 4,3 milyard və ətraf mühitin qorunması tədbirləri üçün 9,5 milyard manat məbləğində vəsait tələb olunur. Qeyd edilib ki, bu vəsaitin 60,5 milyard manatı dövlət, 33,6 milyard manatı isə özəl investisiyalar hesabına qarşılanacaq.


İqtisadçı ekspert Natiq Cəfərli deyib ki, plan qurarkən rəqəmlərin, məlumatların dəqiqliyi çox önəmlidir:

“Amma plan əvvəldən yanlış rəqəmlərlə başlayır. Deyirlər ki, güya, Bakıda cəmi 2,6 milyon əhali yaşayır. 2040-da bu rəqəm 3,2 milyon olacaq. Məncə, Bakıda bu gün artıq 3,5 milyon nəfərə yaxın insan yaşayır. Qeydiyyatı regionlara olan, özü isə Bakıda yaşayan yüz minlərlə vətəndaş var. Seçki dönəmində imza toplayanda bunu aydın görmək mümkündür. Deməli, rəqəmlər artıq yanlış hesablar üzərində qurulub”.

Ekspertin sözlərinə görə,​ hər kəsi düşündürən əsas sual planın maliyyə tərəfidir:

"Çünki göründüyü kimi, bu işlər üçün heç də kiçik məbləğ tələb olunmur. 16 il ərzində Bakının tam futuristik dizaynda qurulması üçün 95 milyard manat maliyyə vəsaiti lazımdır. Əlavə olaraq, işğaldan azad edilən Qarabağ regionunda aparılan bərpa-quruculuq işləri üçün hər il ayrılan 5-6 milyard manatı də nəzərə alsaq, bizə gələcək üçün 150-170 milyard manat vəsait lazım olacağı ortaya çıxır. Bu isə böyük vəsaitdir".


Natiq Cəfərli qeyd edib ki, bu vəsaiti əldə etmək üçün azad və ədalətli investisiya mühitinə, böyük iqtisadi artım tempinə ehtiyac var:

"Azərbaycan 2023-cü ildə MDB-də ən zəif iqtisadi artım göstərən ölkə oldu. ÜDM cəmi 0,8 faiz artdı. Dünya Bankı və BVF-nun proqnozlarına görə ,2024-25-ci illərdə Azərbaycanda ÜDM 2,5 faiz civarında artacaq. Elə həmin qurumların meyarlarına görə 2,8 faizdən aşağı ÜDM artımı istənilən ölkədə iqtisadiyyatın tənəzzül təhlükəsinə işarədir. Yaxşı, hökumət 16 ilə Bakı və Qarabağa, işğaldan azad edilən torpaqlara 150-170 milyard manatı necə əldə edəcək? Bəs yaxşı, başqa rayonlar, regionlar da var axı, onlara da ildə 1-1,5 milyard manat lazımdır. Zaman baxımından yanaşsaq, layihə bəlkə də gerçəkləşə bilər. Çünki indiki Dubay cəmi 20 ildə inşa olunub. Ancaq Dubayın indiki görkəmə salınması üçün kənardan – ABŞ, Böyük Britaniya və digər ölkələrdən trilyonlarla dollar yatırım edildi. Azərbaycanın da belə yatırımçılara ehtiyacı var. Ölkəyə xaricdən böyük sərmayə qoya biləcək investorlar üçün hökumətin planı varmı? Əsas sual məhz budur”.(Bakupost.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}