Gürcüstanın Baş naziri niyə istefa verdi?..

19:17 29.01.2024 1 267
Gürcüstanın Baş naziri niyə istefa verdi?..

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin istefası təkcə kənar müşahidəçilər üçün deyil, həm də Gürcüstanın özündə gedən siyasi proseslərin birbaşa iştirakçıları üçün sürpriz oldu.

Xarici KİV-də onun istefası ilə bağlı bir sıra şərhlər yayılıb. Belə ki, İvanişviliyə yaxın ekspert Gia Xuxaşvili hesab edir ki, bu istefa əvvəlcədən planlaşdırılmayıb və kortəbii baş verib. Onun sözlərinə görə, Qaribaşvilinin çıxışında siyasi gələcəyi ilə bağlı heç nə deməməsi də onu çaşdırıb. Eyni zamanda, bəzi digər ekspertlər baş nazirin istefasının 2026-cı ildə keçiriləcək parlament seçkiləri ilə bağlı ola biləcəyini ehtimal edirlər.


Gürcüstan mətbuatının ehtimallarına görə, keçmiş baş nazir İvanişvilinin etibarlı adamı kimi, o, “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının seçki qərargahına rəhbərlik edə bilər. O, həmçinin “Gürcü arzusu” koalisiyasının seçki siyahısında da yer ala bilər.

Xatırladaq ki, məhz Qaribaşvilinin istefası ərəfəsində mühüm hadisə baş verdi: Gürcüstan ehtiyatla olsa da, Aİ ilə arzuladığı vizasız rejimi aldı. İstisna deyil ki, bəzi siyasi strateqlər qarşıdan gələn seçkiləri nəzərə alaraq, Qaribaşvilinin uğurlarının zirvəsində vəzifədən getməsini məqsədəuyğun sayıblar. Çünki seçkilərə qədər qalan vaxt ərzində o vəzifədə qalsaydı, əldə olunan uğurunların təəssüratını korlaya bilərdi. Ötən il, həmçinin Qaribaşvilinin baş nazirliyi dövründə Gürcüstan Aİ ilə assosiasiya sazişi imzalayıb. Bütün bunlar “Gürcü arzusu” üçün seçkilərdə mühüm "kozır"lara çevrilə bilər.

Qaribaşvili baş nazir kimi tamamilə sağlam düşüncəli və praqmatik siyasət yeridir, Rusiya ilə Qərb arasında ehtiyatla manevr edirdi. Bu mənada, Gürcüstanda nəyinsə köklü şəkildə dəyişməsi mümkün deyil. Onun varisi çox güman ki, sırf “texniki” baş nazir olacaq. Artıq mümkün namizədlərdən biri kimi keçmiş baş nazir Georgi Kvirikaşvilinin adı çəkilir.


Bakupost.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}