Direktorun qoçu dəstəsi, ayaqyoluda açılan angioqrafiya, aşağılanan həkimlər... - AÇIQLAMA

13:06 31.01.2024 3 010
Direktorun qoçu dəstəsi, ayaqyoluda açılan angioqrafiya, aşağılanan həkimlər... - AÇIQLAMA

Son illər Səhiyyə Nazirliyinin Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşovanın fəaliyyəti ilə bağlı mətbuatda dəfələrlə tənqidi yazılar dərc olunsa da, bu elm ocağında vəziyyət düzəlmir ki, düzəlmir.

Hətta, kollektivin davamlı narazılığı və şikayətləri, İnstitutdan xaric edilən professor və işçilərin mətbuatda dərc olunan qalmaqallı müsahibələrindən sonra Səhiyyə Nazirliyi Kardiologiya İnstitutuna yoxlama komissiyası göndərsə də, bu da nəticə vermədi. İnstitut kollektivinin bildirdiyinə görə, himayədarları bu dəfə də Gülnaz Dadaşovanı cəzalandırılmaqdan sığortalaya bildilər.

Görünür, elə bu cəzasızlıq institutun direktorunu, necə deyərlər, yeni-yeni "qəhrəmanlıqlara" həvəsləndirir.


Bakupost.az-a daxil olan məlumata görə, institutun kollektivi öz problemləri ilə bağlı direktorun qəbuluna düşə bilmir. İşçilər institutdakı problemlərlə bağlı onunla görüşmək üçün kollektiv şəkildə müraciət etsələr də, direktor onların bu istəyini də geri çevirib.

Kollektivin əsas narazılıqlarından biri institutdakı mühit, iş rejimi, elmi işçilərə sayğısız münasibətlə bağlıdır. Belə ki, işçilərin bildirdiyinə görə, institut direktorunun müavini Azər Mirzəxanlı "burda mənəm, Bağdadda kor xəlifə" ədası ilə davranır. Qeyd edək ki, bu barədə əvvəllər də tez-tez mətbuatda müxtəlif məlumatlar yayılır, Gülnaz Dadaşovanın geniş səlahiyyətlər verdiyi A.Mirzəxanlının əsassız olaraq, bəzən isə xırda məsələlərə görə işçilərə izahat yazdırdığı qeyd olunurdu. Kardiologiya İnstitunun elmi işçilərindən biri bu inzibatçılığa münasibət bildirərkən, "sanki elmi-tədqiqt institutunda deyil, "konslager"də çalışırıq" demişdi.

Kollektivin bildirdiyinə görə, direktor müavini Azər Mirzəxanlı açıq şəkildə Prezidentin 14 yaşına qədər uşaqları olan həkimlərin növbətçiliyi haqqında fərmanının onu maraqlandırmadığını deyir. Onun institutun əməkdaşlarını həmin fərmanı pozmağa məcbur etdiyi bildirilir.


İnstitutda çalışanlar Gülnaz Dadaşovanı bu elm ocağında qoçu dəstəsi saxlamaqda da ittiham edirlər:

"Direktor institutda öz məsələlərini həll etmək üçün qoçu dəstəsi saxlayır. Bu adamlar onun sürücüsünün qohumlarından ibarətdir. Gülnaz Dadaşova onların hərəsinə bir iş verib. Həmin adamlar kabinetlərə daxil olur, direktorun göstərişlərini həkimlərə çatdırırlar".

Qeyd olunur ki, institutda kapital təmirə ehtiyac var. Belə ki, hər dəfə isitmə sistemi sıradan çıxır və həkimlər onu öz vəsaitləri hesabına təmir etdirirlər.


Bundan başqa, direktor bu yaxınlarda bir neçə həkimin otağını əllərindən alması narazılığa səbəb olub:

"Bu günlərdə isə direktorun ağlına yeni ideya gəlib: angioqrafiya şöbəsi açmaq. Bunun üçün bir neçə həkimin kabinetini onların əlindən alıb. Nəticədə, virus infeksiyalarının tüğyan etdiyi indiki vaxtda həkimlər 5-5, 6-6 qruplaşdırılır və 5 kvadratmetr sahəsi olan ordinaturada oturmağa məcbur edilirlər. Biri-birinin üzərinə asqıra-asqıra, öskürə-öskürə dar otaqlarda işləməyə məcbur olurlar. Uzun tənqidlərdən sonra açılan yeganə duş kabinəsi, həmçinin stasionarda müalicə olunanlar üçün nəzərdə tutulan qadın tualeti angioqrafiya şöbəsi ideyasına görə sökülüb. Hazırda ikinci mərtəbədə qadınlar və kişilər eyni tualetdən istfadə etməyə məcburdur.

Direktor özünüreklam xatirinə Qocalar evində aksiyalar keçirir, bununla bağlı videoçəkliş apartdırıb, qocalara qarşı "xeyirxah" olduğunu nümayiş etdirir, ancaq öz institunda yaşlı alimlər və həkimlər sayğısız, aşağılayıcı münasibətə məruz qalır. Onun müavini Mirzəxanlı isə tez-tez deyir ki, bu yaşlı professorlar bizim nəyimizə lazımdır, onları pensiyaya göndərmək daha yaxşıdır".


Qeyd olunan narazılıqlarla əlaqədar Kardiologiya İnstitutu ilə əlaqə saxladıq. Oradan institutda angioqrafiya şöbəsinin açıldığını təsdiqlədilər. Qeyd etdilər ki, bu məsələ Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir.

Həkimlərin kabinetlərinin əllərindən alınmasına və 5-6 həkimin dar bir otaqda yerləşdirilməsinə gəlincə, institutdan bildirdilər ki, angioqrafiya şöbəsinin açılması ilə əlaqədar təmirə aid olan hissədə dəyişiklik aparılıb və bununla bağlı heç bir problem yoxdur:

"Hazırda bütün həkimlər müvafiq otaqlara yerləşdirilib və fəaliyyətlərini davam etdirirlər".

İnstitutda çalışan və himayəsində 12-14 yaşa qədər azyaşlı uşağı olan tibb işçilərinin gecə növbəsinə salınması haqda sualımıza isə belə cavab verdilər:

"Bu məsələ tam olaraq hüquqi cəhətdən tənzimlənir. Əmək Məcəlləsinin 242-ci və 98-ci maddələrinə görə, belə halda əməkdaşlar yalnız öz yazılı razılığı ilə cəlb edilir. Onlarla bağlanmış müqavilədə buna yazılı razılıq veriblər".
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}