Moskva görüşü: Əliyev və Putini hansı maraqlar yaxınlaşdırır? - Şərh

13:29 23.04.2024 1 106
Moskva görüşü: Əliyev və Putini hansı maraqlar yaxınlaşdırır? - Şərh

“Bu, Prezident İlham Əliyevin fevralda keçirilən prezident seçkilərindən sonra Moskvaya baş tutan ilk səfəri idi. Sözsüz ki, həmişə olduğu kimi, bu dəfə də Kremldə baş tutan görüşə, nəinki Qafqazda, ümumilikdə Qərbdə diqqət böyük oldu. Görüşün rus sülhməramlılarının vaxtından əvvəl və dinc şəkildə bölgəni tərk etməsi fonunda baş tutması Azərbaycan və Rusiya arasında münasibətlərin yüksək səviyyədə olmasının bariz nümunəsidir. İki ölkə son addımları ilə siyasətdə vəd və sözünə sadiqliyin nə olduğunu göstərmiş oldu”.

Bu fikirləri politoloq Zaur Məmmədov bildirib.

Onun sözlərinə görə, Uİlham Əliyev MDB məkanında ən çətin bölgədə yerləşməyimizə baxmayaraq, Rusiya ilə münasibətlərdə müstəqilliyini qorumağı, milli maraqları həyata keçirməyi bacardı. Cənubi Qafqazda 200 ildən sonra ilk dəfə olaraq bölgənin geosiyasi konfiqurasiyası dəyişdi. Qara dəniz-Xəzər regionunda Azərbaycanın başçılığı ilə yeni dönəmə başlandı:


“Təbii ki, mövcud reallıq qonşu dövlətlərin Azərbaycana yanaşmasında yeni baxış bucaqları və davranışlar sistemi tələb edirdi. Son zamanlar Moskvanın Bakıya yanaşmasında bunu görməkdəyik. Azərbaycanın bölgədə yeni reallıq yaratması və Qafqazın real siyasi mərkəzinə çevrilməsi fonunda Rusiya hökumətinin baxış bucağında korrektələr müşahidə olunur”.

Politoloq qeyd edib ki, Azərbaycan və Ermənistan arasında 4 kəndin qaytarılması, delimitasiya-demarkasiya, Zəngəzur dəhlizi, sülh müqaviləsi kimi mövzular, sözsüz ki, Moskvanın diqqət mərkəzindədir:

“Məlumdur ki, Ermənistan delimitasiyanın 1991-ci il Alma-Ata sazişinə müvafiq olaraq o dövrün xəritələrinə əsasən aparılmasını istəyir. Lakin xəritələrlə bağlı tərəflər arasında fikir ayrılığı var. Eyni zamanda, Paşinyan Zəngəzur dəhlizinin açılmasını uzatmaqla məşguldur. Hazırda Moldova və Ukraynada baş verənlər onu deməyə əsas verir ki, Qafqaz da daxil olmaqla Avrasiyada yeni reallıqlar qaçılmazdır. Bu yeni reallıqlar həm də köhnə xəritələrlə bağlıdır. Beləcə, Azərbaycan və Ermənistan arasında 1920-1991-ci illər arası xalqların öz müstəqilliyini elan etməsi, hansı ərazilərdə yaşaması, hansı ərazilərin "hədiyyə" verilməsi və bu gün hansı xəritələrin əsas götürülməsi kimi mövzular aktuallıq kəsb edir. Sözsüz ki, 100 il əvvəl olduğu kimi, bu gün də bu mövzularda Rusiyanın mövqeyi vacibdir. Təsadüfi deyil ki, son 4 ildə mütamadi olaraq İran və bəzi Qərb dairələri "sərhədlər dəyişilməzdir", "Zəngəzur dəhliz deyil" kimi bəyanatlar verirlər. Aİ-nın xüsusi missiyasının Qərbi Zəngəzura Azərbaycanı dayandırmaq üçün gəlməsi, həmçinin İranını lazım gələrsə, ordusunu Sünikə göndərə biləcəyi haqqında bəyanatı heç də təsadüfi deyil. Bu baxımdan Moskva görüşü, sözsüz ki, aktualdır, vaibdir və gələcəyə istiqamətlənib”.(Bakupost.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}