Qarabağın itirilən qızılları...

19:12 21.01.2023 1 130
Qarabağın itirilən qızılları...

"Bu şirkətlər Azərbaycanın suverenliyinə, qanunvericiliyinə açıq-aşkar zidd fəaliyyət göstəriblər"

"İşğal dövründə Azərbaycanda qiymətli və əlvan metal yataqlarının qanunsuz işlənməsində Ermənistan, ABŞ, Kanada, Hindistan, Rusiya və bir sıra Avropa ölkələrinin şirkətləri iştirak ediblər". - Bunu brifinq zamanı Azərbaycan Ekologiya Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev deyib.

Məsələn, “Söyüdlü”, “Vejnəli”, “Dəmirli” və “Qızılbulaq” qızıl və mis-molibden mədənlərində qanunsuz hasilat həyata keçirilib. Bununla Kanadanın Sterlite Gold LTD və First Dynesty Mines; İsveçrənin Base Metals, Vallex Group; Rusiyanın Geopro Mininq Gold Company; İsveç və Lixtenşteyn sahibkarlarının ortaq olduğu Ermənistanın Armenian Copper Programme, Amerikanın Global Gold; Hindistanın Vedanta Resources şirkətləri məşğul olublar.

Artıq beynəlxalq təşkilatlara müvafiq müraciətlər hazırlanıb. Bakı tezliklə bu şirkətlərin dəyən ziyanın ödənilməsi proseduruna başlamağı planlaşdırır.

Amma sual ondadır ki, dəymiş ziyanın ödənilməsi planını nə dərəcədə həyata keçirmək mümkündür? Dünyada uğurlu sonluqla bitən oxşar presedentlər varmı? Yəni, bir dövlətin əvvəllər işğal olunmuş torpaqlarında qeyri-qanuni fəaliyyət göstərən xarici şirkətlərdən itirilmiş təbii sərvətlərin dəyərini pul şəklində geri alması mümkün olubmu? Görünür, bu məsələdə müvafiq beynəlxalq iqtisadi instansiyalarda məhkəmə çəkişmələri olmadan keçinmək mümkün olmayacaq. Azərbaycan tərəfinin təxmini hərəkət ardıcıllığı necə olmalıdır?


Siyasi şərhçi, hüquqşünas, ictimai xadim Fuad Ağayev bu mövzuda sualımızı cavablandırıb:

– Bu, kifayət qədər mürəkkəb siyasi-hüquqi məsələdir. O, beynəlxalq ictimai və beynəlxalq özəl hüququn, qaydaları pozan şirkətlərin aid olduğu dövlətlərin müvafiq hüquq normalarının kəsişməsində yerləşir. Hər bir şirkətin hər bir əməliyyatı ilə bağlı suallar ayrıca nəzərdən keçirilməlidir. Yəni, burada görüləsi çox iş var. Və mütləq şəkildə bu şirkətlərin əsasən fəaliyyət göstərdiyi ölkələri təmsil edən yüksək ixtisaslı hüquqşünaslar cəlb edilməlidir. Burada işin uğurlu nəticəsinin şanslarının nə qədər olduğunu müəyyən etmək lazımdır. Bu da əsasən müəyyən bir ölkədə qüvvədə olan qanunvericilikdən asılıdır. Bunu nə qədər tez etmək olar? Hansı xərclər çıxa bilər?..

O ki qaldı bu cür məhkəmə proseslərinin uğur qazanma perspektivinə, təbii ki, müəyyən şanslar var. Burada şablon yanaşma yoxdur. Bir şey göz qabağındadır – bu şirkətlər Azərbaycanın suverenliyinə, Azərbaycan qanunvericiliyinə açıq-aşkar zidd fəaliyyət göstəriblər. Onların qeyri-qanuni yolla əlvan metal ehtiyatlarını, qiymətli metalları çıxarmaları faktı göz qabağındadır.

Növbəti məqam bu sualların hansı məhkəmələrdə qaldırıla biləcəyidir. Bu hallarda uğur şansı nə qədər olacaq. Və bu məsələlər nə qədər tez həll oluna bilər. Yəni, ümumi nəticə budur ki, bəli, heç olmazdansa, gec olması yaxşıdır. Amma burada işə səthi yanaşmaq olmaz. Bu məsələləri qaldırmaq üçün tam “silahlanmaq” lazımdır. (Rauf Orucov, pressklub)

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}