"Qızlar təhsildən uzaqlaşdırılanda ərə getmək istəyir" - Novella Cəfəroğlu

14:17 28.05.2024 1 176
"Qızlar təhsildən uzaqlaşdırılanda ərə getmək istəyir" - Novella Cəfəroğlu

Xəbər verdildiyi kimi, nikah yaşına çatmayan şəxslərə dini kəbinin kəsilməsi qadağan edilə bilər. Bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva məlumat verib. O, uşaq hüquqları ilə bağlı yeni hazırlanan qanunda bu kimi bir çox önəmli məqamların öz əksini tapacağını bildirib.

Bu mövzu ilə bağlı açıqlamasında Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu qəbul edilən qərarların icrasına başlanmasının vacib olduğunu bildirib.

Onun sözlərinə görə, hazırda da nikah yaşına çatmayan qızlara dini kəbin kəsdirilməsi ilə bağlı qadağa var:

"Bunu edən din xadimləri məsuliyyət daşımalıdır. Mən, təklif edərdim ki, qızların orta məktəbi bitirməsi məcburi olsun. Buna görə valideynlər məsuliyyət daşımalıdır. Bu gün əksər qızları valideynləri 9-cu sinifdən məktəbdən çıxarırlar. Məktəbə getməyən qız evdə qalanda ata-anasının əsarətindən qurtulmaq üçün özü də istəyir ki, ərə getsin. Ərə də gedəndə qayınananın əlinin altına düşür.

Bu gün bəzi rayonlarımızda peşə məktəbləri açılır. Qızlarımızı bu məktəblərə cəlb etmək lazımdır. Onlar tibb bacısı, dərzi, saç ustası kimi peşələrə yiyələnə bilərlər. Ərə getməkdənsə, birinci peşə sahibi olmaq lazımdır. Qadağalarla çox şeyə nail olmaq olmur. Qızların təhsil alması, peşə sahibi olması daha çox vacibdir. Erkən nikaha görə isə din xadimləri, bələdiyyələr və digər müvafiq qurumlar məsuliyyət daşıyır”.
(Bakupost.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}