8 oyunçu "Qarabağ"la yollarını ayırır - SƏBƏB

21:41 30.05.2024 1 603
8 oyunçu "Qarabağ"la yollarını ayırır - SƏBƏB

İyunun 2-də Azərbaycan çempionu "Qarabağ" üçün 2023/24 mövsümü başa çatacaq. Həmin gün Ağdam təmsilçisi Azərbaycan kubokunun finalında "Zirə" ilə üz-üzə gələcək. Həmin görüş bir sıra futbolçunun "köhlən atlar"dakı son matçı olacaq.

Publika.az-ın məlumatına görə, "Qarabağ" 8 futbolçu ilə yollarını ayıracaq.

Belə ki, Azərbaycan çempionu Andrey Lunyovun başa çatan müqaviləsini yeniləməyəcək. Buna səbəb təkcə futbolçu və meneceri ətrafında son günlər baş qaldıran qalmaqallar deyil. Rusiyalı qapıçının mövsümün ikinci yarısındakı performansı məşqçilər heyətində ciddi narahatlıq doğurub. Bundan əlavə, futbolçunun yüksək məvacib istəməsi onunla yolların ayrılmasına səbəb olan amillərdəndir.

Gürcüstan millisi ilə Avropa çempionatına yollanacağı dəqiqləşən Luka Quqeşaşvili də Ağdam təmsilçisini tərk etmək istəyir. O, ehtiyatda oturmaqdan bezib. Luka klubla hələ bir illik müqaviləsi olsa da, yeni komanda axtarışlarına başlayıb. Gürcü qapıçı böyük ehtimalla Avro-2024-dən sonra "Qarabağ"ı tərk edəcək.

Amin Ramazanov da həmkarları kimi "Qarabağ"ın sıralarını tərk etməyə yaxındır. Ancaq bu, icarə əsasında olacaq. 21 yaşlı qapıçı daha çox forma şansı qazanmaq üçün bir illik fasilədən sonra Premyer Liqaya qayıdan "Şamaxı"ya keçə bilər.

Meydan oyunçularından da gedənlər olacaq. Xüsusilə kapitan Maksim Medvedevi vurğulamaq lazımdır. Karyerası boyunca yalnız "Qarabağ"da çıxış edən müdafiəçi futbolla elə doğma klubunda vidalaşacaq. Onqat Azərbaycan çempionu bundan sonra da uşaq yaşlarından bağlı olduğu kluba xidmət edəcək.

Riçard Almeyda da "Qarabağ"ı tərk edəcək. Onun mövsümün sonunda bitəcək müqaviləsinin müddəti yenilənməyəcək. Braziliyalı futbolçunun bundan sonra yaşıl meydanlardan çıxış edib-etməyəcəyi bəlli deyil.

Hücum xəttində də ciddi ayrılıqlar olacaq. "Qarabağ"ı tərk edəcəyi dəqiqləşən əsas ad isə Adama Diakabidir. 2023-cü ilin yanvarında transfer edilən fransalı vinger gözləntiləri doğrultmadı. CV-də "Renn", "Monako", "Nottingem Forest", "Haddirsfild" kimi klub adları olsa da, o, "Qarabağ"da ön plana çıxa bilmədi. Diakabi ağdamlıların Avrokubok macərasını belə kənardan izlədi. Hələ 1 illik müqaviləsi olsa da, onunla yolların ayrılacağı dəqiqdir.

Ötən yay "Zirə"ni "Qarabağ"a dəyişən, ancaq əsas heyətdə özünə yer tapa bilməyən Hamidu Keyta klubu tərk etməyi planlaşdırır. O, daha çox oyun praktikası qazanmaq istəyir. Fransalı forvardın "Zirə"yə qayıtmaq ehtimalı yüksəkdir.

Ethiyat oyunçular skamyasının daimi üzvlərindən birinə çevrilən Redon Cica da "Qarabağ"ı tərk edəcək. Ağdam klubuna böyük ümidlərlə transfer edilən albaniyalı hücumçunun sözləşməsinin müddəti 2026-cı ilin yayına qədərdir. Durumundan məmnun olmayan futbolçu əməkdaşlığın davam etməsində maraqlı deyil. Cicanın vətənindən təklifi olduğu bildirilir.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}