“51 kollec dövlət büdcəsinə ağır yükdür, hamısı ləğv edilməlidir” - Ekspert

18:11 3.06.2024 1 330
“51 kollec dövlət büdcəsinə ağır yükdür, hamısı ləğv edilməlidir” - Ekspert

“Biz illərdir təklif edirik ki, kolleclər ləğv edilsin, ali təhsil pillələri 3-dən 4-də qaldırılsın, kollecdə verilən orta ixtisas, bakalavr təhsili ali təhsil müəssisəsində verilsin. Bu, dünyanın aparıcı təhsil sistemlərinə uyğundur. Biz onsuz da təhsil sistemində dünya təhsil sisteminə inteqrasiyanı əsas şərt götürmüşük”.

Bu fikri təhsil eksperti Elşən Qafarov deyib.

O, bu halda dövlət büdcəsi vəsaitlərinə də kifayət qədər qənaət ediləcəyini bildirib:

“Fəaliyyət göstərən 51 kollecdə təqribən 55 min tələbə oxuyur. Bu isə dövlət büdcəsinə böyük yükdür. Düşünürəm ki, bu gün artıq 50, 60, 70-ci illər dövrü deyil. Ona görə də orta ixtisaslılardansa, ali təhsilli mütəxəsisslərə üstünlük verilməlidir. Ali təhsil əgər ön səviyyəyə keçirilərsə, onun 1, 2-ci kursunu bitirdikdən sonra kim işləmək istəyirsə, subbakalavr diplomunu götürüb əmək fəaliyyətinə başlaya bilər. Əgər balavr təhsilini davam etdirmək istəyirsə, daha 2 il təhsil alar. Bununla da 51 kollecə və 55 min tələbəyə dövlət büdcəsindən əlavə xərclərin qarşısı alınar.

Ümumiyyətlə, bu gün kolleclər, yəni orta ixtisaslar yalnız keçmiş MDB məkanında qalıb. Kolleclərdə tədris mühiti də, tədris prosesi də çox aşağı səviyyədədir. Bütün neqativ hallar da kolleclərdə daha çoxdur. Ona görə düşünürəm ki, kolleclər ümumiyyətlə, qısa bir zamanda ləğv olunmalıdır və orta ixtisas ali təhsilin birinci, subbakalavriat səviyyəsinə qaldırılmalıdır”.


Qeyd edək ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhərində yerləşən 14 orta ixtisas təhsil müəssisəsində monitorinqlər keçirib. Monitorinqlər nəticəsində ümumilikdə 6 direktor və 4 direktor müavini ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.(Bakupost.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}