"Azərbaycan" şeirini ilk dəfə Əhməd Cavad yazıb, yoxsa Səməd Vurğun?..

14:47 6.06.2024 5 236
"Azərbaycan" şeirini ilk dəfə Əhməd Cavad yazıb, yoxsa Səməd Vurğun?..

Səməd Vurğunun “Azərbaycan” şeiri Azərbaycan ədəbiyyatının incilərindəndir. Şeir 1933-cü ildə yazılıb. Yazılma tarixi də maraqlıdır. Səməd Vurğun Xan Şuşinskinin dəvəti ilə Ağdama gedir. Qonaqlıqlar, görüşlər... - hər yerdə sevgi görən Səməd Vurğun çox təsirlənir və Xan Şuşinskinin evində olarkən bu şeirin ilk sətirlərini öz xətti ilə kibrit qutusuna yazır. O “əlyazma” da Xan əminin evində saxlanılır. Şeiri tam halda isə Ağdam Mədəniyyət Evində görüşdə səsləndirir. Şeir o qədər populyarlıq qazanır ki, ölkənin ikinci himninə çevrilir.

1959-cu ildə şeir “SSRİ xalqları ədəbiyyatı üzrə müntəxəbat”a daxil edilir. Bəstəkar Ələkbər Tağıyev şeirin sözlərinə eyniadlı “Azərbaycan” mahnısını bəstələyir. Şeir müxtəlif dillərə tərcümə edilir, ölkə hüdudlarından kənarda dərc olunur, oxunur, sevilir. Şeirin sətirləri şairin 1961-ci ildə Bakıda ucaldılmış postamentində də həkk olunub.

Qeyd edim ki, Səməd Vurğunu o dövrün şairləri - Əhməd Cavad, Mikayıl Müşfiq, Hüseyn Cavid və digərlərinin həbs edilərək represiyaya məruz qalmasına görə ittiham edirlər. O dövrün tələbləri və şərtləri təhlükəli bir həddə gəlib çatmışdı. Hər an istənilən ziyalının qapısını “NKVD üçlükləri”nin (“Troyka”) adamları döyüb, izahat vermədən həbs edib, haqqında ölüm hökmü çıxara bilərdi. Səməd Vurğunun da qapısı istənilən anda belə döyülə bilərdi. Buna görə də o, edilən təzyiqlərə dözmür, tələb edilən sənədlərə imza atır. Lakin bu, onu çox sarsıdır və bir neçə gün evdən çölə çıxmır. Hətta, deyilənə görə, intihar etmək qərarına da gəlir.

Şair yataq otağında damarlarını kəsmək üçün ülgüc götürür. Damarını kəsmək istəyəndə ülgüc sürüşür (damarı tam kəsmir). Həkimlər gəlir və Səməd Vurğunu sağaldır. Onu çağırıb deyirlər ki, əgər özünü öldürməklə xilas yolu tapacaqsansa, bəs, ailən, yaxınların necə olacaq?

Beləcə, onu fikrindən daşındırırlar.

Zaman keçir, Azərbaycan müstəqil dövlət olur, arxivlər açılır, sənədlər üzə çıxır. Belə sənədlərin birində Azərbaycan poeziyasında yeni bir ədəbi məktəbin bünövrəsini qoyan Əhməd Cavadın şeirləri də tapılır. Yenidən dərc edilir, çap olunur. Məlum olur ki, Əhməd Cavadın “Azərbaycan” adlı şeiri də var. Bunu oxuyanda hiss edilir ki, Səməd Vurğunun “Azərbaycan” şeiri sanki ondan götürülüb, bir balaca dəyişkilik edilib və sözlərin yeri dəyişdirilib. Oxşarlıq həddən çox diqqəti çəkir. Müqayisə üçün özünüz baxın:

Əhməd Cavad:

Durna gözlü bulaqların,

Cənnət kimi yaylaqların!

Geniş-geniş oymaqların,

Azərbaycan! Azərbaycan!..


...Qayaların əlvan mərmər!

Belində var qızıl kəmər!

Bir yanında Bəhri-Xəzər!

Azərbaycan! Azərbaycan!


Düzü, sözlərin və cümlələrin yeri və anlayışı dəyişsə də, demək olar oxşar şeirdir. Mahiyyət eynidir. Əlbəttə, burada plagiat olub-olmamasını sübut etmək üçün poeziyanı dərindən bilmək lazımdır. Bəlkə də təsadüfdür. Lakin bir yaşlı adamdan eşitmişəm ki, Əhməd Cavad həbs ediləcəyini bilirdi. Buna görə də dostlarından onun xatirəsini və şeirlərini yaşatmasını xahiş etmişdi. Bəlkə də Səməd Vurğundan da xahiş edib ki, bu şeiri hansısa formada yaşatsın: vəsiyyət edib ona...

Düzünü isə ikisindən başqa heç kim bilməyəcək...

İkisinin də ruhu şad olsun!

Zaur Əliyev,
Axar.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}