Bağırovun qisası: Amazaspın kəsilən barmaqları itlərə atıldı

10:42 7.06.2024 1 617
Bağırovun qisası: Amazaspın kəsilən barmaqları itlərə atıldı

“Mən, erməni xalqının qəhrəmanıyam, siz və türklər tərəfindən öldürülən ermənilərin intiqamını almağa gəlmişəm. Xəzər Dənizindən Şah dağlarına qədər olan ərazilərdə yaşayan bütün müsəlmanların kökünün kəsmək üçün buraya gəlmişəm”.

Bu fikirlər erməni torrorunun ünlü simalarından biri olan Amazasp Srvantsyana məxsusdur.

Azərbaycanda Cümhuriyyət qurulmazdan əvvəl Amazaspın komandanlığı altında 2000 nəfərdən ibarət dəstə Qubada əhaliyə divan tutub. Amazaspın dəstəsi tərəfindən oğurlanmış əmlak 4 milyon rubl nəğdi pul, 4,5 milyon rubulluq briliant, qızıl, gümüş və digər qiymətli daş-qaş, 25 milyon rubulluq müxtəlif mallar – xalça, ev əşyaları və s. olub.

Qubaya gələn Amazasp hirsli halda və eyni zamanda, yerli əhalinin müqavimətindən ehtiyat edərək deyirdi:

“Mən, minlərlə türkün başını kəsən Ərzurum ermənisiyəm. 200-dən artıq türk kəndini xaraba qoymuşam, erməni xalqının mənafeyini müdafiə etmişəm. Bura da ona görə gəlmişəm. Əgər müqavimət göstərsəniz, hamınızı bir nəfər kimi qıracağam".

5 ay ərzində Quba qəzasında üst-üstə 16 min insan məhv edilmişdi. Amazaspın bu “xidmət”ləri Şaumyan tərəfindən çox yüksək qiymətləndirilib.

Qubadakı faciəvi hadisələrdən sonra, o, Bakı Soveti tərəfindən yaradılan və daşnak yaraqlılarından ibarət olan hərbi briqadaya rəhbər təyin olunur. Azərbaycan Cümhuriyyəti qurulandan sonra Amazasp İrana qaçır. İranda bir müddət qaldıqdan sonra Ermənistana keçən Amazasp burada yaradılmış Ermənistan Respublikasının fəaliyyətində yaxından iştirak etmək istəyir, ancaq 1921-ci ildə bolşeviklər tərəfindən həbs edilir.

Həsbxanadan qaçmaq barədə düşünən erməni terrorçunun etdiklərini unutmayan Mir Cəfər Bağırov İrəvana gəlir. Həsbxanada onunla görüşür və onun Qubada öldürdüyü qohumlarının qanının yerdə qalmayacağına dair ona Bakıda dediyi sözləri xatırladır. Amazasp Bağırova baxaraq gülmüş və “Burdan çıxandan sonra sağ qalanları da öldürəcəyəm” deyir.

Bağırovun xahişi ilə erməni bolşeviklər Amazaspın qaldığı kameraya Ərzurumda bütün nəsli qətl edilən Süleyman Nuri adlı kommunisti salırlar. Süleyman Nuri iki erməni bolşevikinə qatilin əllərini bağlamağı tapşırır və əlinə balta alaraq hissə-hissə onu doğramağa başlayır. Mənbələr yazır ki, iki qolu balta ilə kəsiləndən sonra “Vəhşilər, məgər adamı belə öldürərlər?!”-deyə, qışqıran qatilin səsi bütün həbsxananı bürümüşdü. Onu tikə-tikə doğrayıb kameranın ortasına atıb çıxan Süleyman Nuri və iki erməni bolşeviki Bakıya gəlib Bağırovla görüşürlər. Deyilənə görə, Bağırova erməni qatilinin kəsilmiş barmaqlarını gətirirlər ki, o da bunları itlərə yem edir.

Amazaspın bədəni və başı o qədər eybəcər hala salınmışdı ki, oğlu onu yalnız keçə çəkmələrindən tanıya bilmişdi. Beləliklə, əli minlərlə insanın qanına batan erməni qatilindən Bağırov qohumlarının qisasını ala bilir.

Zaur Əliyev,
dosent
Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}