Əlisa Nicatın halına yananlar onun neçə kitabını oxuyublar?..

23:29 22.01.2023 957








Yalçın İSLAMZADƏ
(ADA un., fizika müəllimi)











"Əlisa Nicat" mövzusunda düşündüklərimi səmimi, açıq yazmaq istəyirəm. Küyə getmələr, riyakarlıqlar insanı bezdirir. Səmimi olmağa nə mane olur? Bizim kimi mədəniyyətlərdə həqiqət, düz söz həmişə "ayıbdır"-a qurban verilib. Mümkündür ki, mənim yazdıqlarımda da qərəz, emosiaların təsiri olsun, istisna etmirəm.

"100-dən artıq kitabın müəllifi olan Əlisa Nicatın maddi vəziyyəti acınacaqlıdır"- səs-küy bu informasiya ətrafında yaranıb.

1. Əlisa Nicat 100-dən artıq kitabın müəllifi olduğu üçün kommunal xərclərini ödəyə bilməli deyil, pensiya yaşında olan biri kimi, yüzminlərlə pensioner kimi pensiya təminatı kommunal xərclərini ödəməyə imkan verməlidir. Burada kitab müəllifi olub-olmamaq imtiyaz səbəbi sayılmamalıdır.

2. Əlisa Nicatın halına yananlar, onun neçə kitabını oxuyublar?.. Siz necə, hamı elə. Mən şəxsən elə irticai fikirləri olan bir müəllifin kitablarını niyə oxuyum?

3. Azərbaycan yazıçılarının əksəriyyəti niyə bu qədər özündən razıdır? Ciddi formal təhsil almayan, ən az iki xarici dili dərindən bilməyən, qəribə həyat hekayələri olmayan, arxivlərdə eşələnməyən biri "Şumer tarixi" yazırsa, o yazar kimi niyə ciddiyə alınmalıdır? Yeniyetməlik dövrü hisslərini şekspirvari drama kimi soxuşduranlar niyə ciddiyə alınmalıdırlar? Ümumiyyətlə, hər sahədə o sahənin standartlarını müəyyən edən ədəbiyyatdan xəbəri olmayanlar sosiologiyadan psixologiyaya, təhsildən etnopsixologiyaya hər mövzuda yazmaqda problem görmürlər. Bu, ancaq cahil cəsarətidir. Bir sahəni nə qədər az bilsən, özünü o sahədə o qədər çox söz sahibi hesab edirsən.

4. Əlisa Nicat 100 kitab niyə yazır ki? 20 kitab yazdın, gördün oxunmur, gəlir gətirmir, nə məcburdur? Ya Çingiz Abdullayev, Varis, nə bilim Elatlı kimi çox yaz, amma oxucunun istədiyini yaz. Ya da get sənət öyrən. Azərbaycanda cəmiyyət çox səmimidir, açıq deyir ki, onun yeni fikirlərlə işi yoxdur. Köhnə, çeynənmiş, tarix saplantılı fikirləri bəzəyib-düzəyib yenidən sırıya bilirsənsə, şikayət ədəbiyyatını yeni səviyyəyə çıxara bilirsənsə, yaxşı mırt tuta bilirsənsə, lağlağı ustasısansa yaz, oxuyaq, qonaqlıq verək, cibinə pul qoyaq, seçki olsa, deputat seçək.

5. “Cəmiyyət yazıçıya dəyər vermir” - fikri yanlışdır. Cəmiyyət də, hakimiyyət də ziyalısına dəyər verir. Bu şərtlə ki, onlarla hesablaşasan. Onda 3 ev də verərlər, fəxri ad da. Məsələn, Ramiz Rövşən niyə həm müxalifət, həm hakimiyyət tərəfindən sevilir? Çünkü fatalizmi din dərəcəsində insanlara mənimsədir, hər iki tərəfi məsuliyyətdən azad edir; taledir, qismətdir, əzrayıldır - nə müxalifətin, nə hakimiyyətin edəcəyi heç nə yoxdur. Dilənən qarının əlindən öpür, soruşmur ki, ölkənin qarısı niyə dilənməlidir?!.
Ya da, Kefli İskəndər rolu oynayırsan, çeynənmiş fikirləri - bir az özünü, bir az da oxucunu dolayıb - manipulyasiya edirsən. “Hay” deyəndə - 3 min, “huy” deyəndə - 5 min pul gələr, kritik anlarda da "əşi, mən də sizin bir tayınız, məndən sizə qəhrəman olmaz" – deyib, Kefli İskəndər kimi miskinləşirsən. Xalq da deyir, "bu adamı nazir qoysaq, ölkə düzələr".

6. Əlisa Nicatın mövcud halını Şahbaz Xuduoğlu ictimailəşdirdi. Burda gizli bir tezis var - "yaradıcılıq, intellekt bu qiymətə layiq görülür". Bir misal verim, Şahbaz bəy özü məşğul olduğu sahədə standartların aşağı düşməsinə səbəb olmayıbmı heç?.. Biz Homo Sapiensi tanıtdıq, maraq böyük oldu. Qərara aldıq ki, tərcümə edək. Nəşriyyatla yazışdıq, ixtisaslı tərcüməçi axtarırdıq, gec tapdıq, gec razılaşdıq. Nəşriyyata yazanda, dedilər ki, Azərbaycana tərcümə hüquqları artıq verilib. Şahbaz bəy kitabı rus dilindən tərcümə etdirdiyi üçün tərcüməçi tapıb qiymətrazılaşmada haqsız rəqabət etdi. Mənim danışdığım tərcüməçinin isə potensial bir layihə əlindən çıxdı. İndi ölkədə neçə elmi kitab tərcümə olunur ki, həmin tərcüməçi başqa iş götürsün? O da elə Əlisa Nicatın gününə düşmürmü?..

Hər kəs paylaşır, işi Allaha həvalə edir, ya da “niyə düzəlmir” - deyə, anonim suallar verir.
Fürsətdən istifadə edib, gənclərə məsləhət vermək istəyirəm ki, bizim səhvləri təkrarlamasınlar, yaradıcı işin, yazarlığın romantikasıyla özlərini aldatmasınlar. Sonra ağlaşma qurmasınlar ki, bizi oxumurlar, dolana bilmirik. Cəmiyyət də, hökümət də heç kimə "yaz, dəstəkləyək" - deyə, söz verməyib. Cəmiyyətin ideoloji xətlərinə baxın.

1. "Əsas can sağlığıdır" – deməli, sağlıq sektoruna, hətta bu türkəçarəlik olsa belə, aid bir iş seçsəniz, təminatınız olacaq və şikayətlənməyəcəksiniz.

2. "Balalarım var"- uşaqlara xitab edən paltar, əyləncə, oyuncaq işi - bunların həmişə müştərisi olacaq.

3. "Yeyib içmək" - restoran işi həmişə populyar olacaq.

4. Həqiqi din və ya xürafat - ikisinin də alıcısı var.

5. Ölkədə neft, təhsil, telekommunikasiya sahəsində ciddi şirkətlər var. Bunlarda iş getməsi üçün həqiqi mütəxəsislərə ehtiyac var, - proqramçı, elektronika mühəndisi, biznes analisti, menecer v.s.

Şəraitə görə, bu xətlərdən birini seçin.

Bir qohum demişdi: "Ölkənin (“Vətəndaşın” - demək istəyirdi-Y.İ.) biri mən. Kitab yazsan, oxumaram. Nəyimə lazımdı?"
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}