“Poçt bombaları”nı İspaniyaya Rusiya göndərib?..

13:30 23.01.2023 976
“Poçt bombaları”nı İspaniyaya Rusiya göndərib?..

Ötən ilin noyabr-dekabr aylarında İspaniyada peyda olan “poçt bombaları”nın təşkilində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsi (keçmiş Baş Kəşfiyyat İdarəsi, QRU) şübhəli bilinir.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Qəzet bu informasiyanı ABŞ rəsmilərindən aldığını bildirir. Onların sözlərinə görə, ispan polisi ABŞ və Britaniya kəşfiyyatının koordinasiyalı fəaliyyəti sayəsində terrorçuların izinə düşə bilib. Əldə edilən məlumata əsasən, bomba paketlərini paylayanlar Sankt-Peterburqda yerləşən, Rusiya hərbi kəşfiyyatına bağlı olduğu sübuta yetirilən ifrat sağçı “Rusiya İmperator Hərəkatı”nın üzvləridir. İspaniya polisi onları yerli radikal sağ hərəkatlarla əlaqələri vasitəsilə müəyyən edib. Cinayətkarların fəaliyyətinə QRU-nun Moskvanın şərqində yerləşən 29155 saylı hərbi hissəsinin zabitləri tərəfindən nəzarət olunub. Bundan əvvəl Avropa ölkələrinin xüsusi xidmət orqanları məhz həmin bölmənin əməkdaşlarının 2014-cü ildə Çexiyada silah-sursat anbarlarını partlatmaqda, 2015-ci ildə Bolqarıstanda silah alverçisi Yemelyan Qebrevə sui-qəsd cəhdində, 2016-cı ildə Monteneqroda dövlət çevrilişinə cəhddə əli olduğunu təsbit edib. Rusiya hakimiyyəti bu hadisələrdə iştirakını inkar edir.

Təhqiqatın gəldiyi rəyə əsasən, “poçt bombaları” yollamaqda əsas məqsəd Ukraynaya hərbi yardım göstərən NATO-ya üzv ölkələrin paytaxtlarında terror aktları ola biləcəyi barədə xəbərdarlıq etmək olub. Təsadüfi deyil ki, bombalardan biri xüsusən də Ukrayna ordusuna verilən qumbaraatanları istehsal edən İspaniyanın “Instalaza” şirkətinin ofisinə göndərilib.

Xatırladaq ki, ötən ilin sonunda naməlum şəxslər İspaniyanın dövlət qurumlarının ünvanlarına və bir sıra strateji, mühafizə olunan obyektlərə içində partlayıcı qurğular olan bağlamalar göndəriblər. “Poçt bombaları” xüsusilə İspaniyanın baş naziri Pedro Sançesin ofisinə, Müdafiə Nazirliyinə, ABŞ və Ukrayna diplomatik nümayəndəliklərinə, Madrid yaxınlığındakı Torrexon de Ardoz aviabazasının peyk mərkəzinə ünvanlanıb. Bombaların əksəriyyəti zərərsizləşdirilib - yalnız Ukrayna səfiri Sergey Poqoreltsevə göndərilən bağlama partlayıb. Açılan zaman Ukrayna səfirliyinin təhlükəsizlik işçisi yaralanıb. Daha sonra Ukraynanın xaricdəki bir neçə diplomatik qurumuna ölmüş heyvanların gözləri olan qanlı bağlamalar daxil olub. Kiyevdən verilən məlumata görə, belə bağlamalar Macarıstan, Niderland, Polşa, Xorvatiya, İtaliya və Çexiyadakı səfirliklərə gəlib.

Becan.az

Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}