Putinin təcili qərarı yeni səfərbərlik sorağından xəbər verir

16:52 23.01.2023 1 040
Putinin təcili qərarı yeni səfərbərlik sorağından xəbər verir

Savaşın gedişatı Rusiyanın xeyrinə dəyişə bilər

Rusiya prezidenti Vladimir Putinin qərarı ilə üç və ya daha çox uşağı olan kişiləri səfərbərlikdən azad edən qayda ləğv edilib.

Musavat.com Britaniyanın "Daily Mail" qəzetinə istinadən xəbər verir ki, Rusiya liderinin qərarı yeni səfərbərliyə hazırlıq kimi şərh edilib.

Qəzet Putinin bu plan çərçivəsində Ukraynaya daha 500 min əsgər göndərməyə hazırlaşdığını yazıb.

Rusiyalı deputatlar Milli Qvardiyaya daha çox səlahiyyət verən və xaricə qaçan rusların əmlakını müsadirə etməyə imkan verən qanun layihəsi də təqdim ediblər.


Əldə edilən məlumatlardan biri də odur ki, Rusiyanın müxtəlif bölgələrindəki komissarlara döyüş yaşında olan kişilərin siyahılarını hazırlamaq tapşırılıb. Bildirilir ki, yeni səfərbərlik qərarı veriləcəyi təqdirdə Ukrayna müharibəsi Rusiyanın xeyrinə dəyişə bilər.

Xatırladaq ki, Ukrayna Qərbdən tank yardımı gözləyir.

Berlin Kiyevin təcili gözlədiyi Almaniya istehsalı olan tankları Ukraynaya göndərmək istəmədiyi üçün müttəfiqlərinin sərt reaksiyası ilə üzləşir. Görünən odur ki, Almaniya bu reaksiyalardan sonra qərarını dəyişsə belə, tankların 2024-cü ildən əvvəl Ukraynaya çatması mümkün deyil.


“Leopard 2” tanklarının istehsal edildiyi müdafiə sənayesi şirkəti Rheinmetall-ın İdarə Heyətinin sədri Armin Pappergerin sözlərinə görə, hətta sabah Ukraynaya tankların göndərilməsinə qərar verilsə belə, bu, ancaq gələn ilin əvvəlində mümkün olacaq.

Qeyd edək ki, Almaniya istehsalı olan “Leopard” tankları Danimarka, Finlandiya, Yunanıstan, Hollandiya, Norveç, Polşa, Portuqaliya, İsveç, İspaniya, Çexiya, Türkiyə, Macarıstan kimi Aİ və NATO ölkələrində mövcuddur və Polşa özündə olan “Leopard” tanklarının Kiyevə çatdırılması üçün işlərə başlayıb.

Almaniyanın xarici işlər naziri Annalena Baerbok bəyan edib ki, Berlin Polşanın bu qərarına qarşı çıxmır.

Dünyada müxtəlif orduların xidmətində təxminən 2670 ədəd “Leopard 2” tankı var. Təxminən 64 ton ağırlığında olan “Leopard” saatda 70 kilometr sürətə çata bilir və 120 millimetrlik hamar lüləli silahla 5 min metrə qədər hədəfləri vura bilir.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}