Azərbaycanda dərmanlar xarici ölkələrdən niyə qat-qat bahadır?

17:27 2.07.2024 952
Azərbaycanda dərmanlar xarici ölkələrdən niyə qat-qat bahadır?

Azərbaycanda dərmanların qiyməti ətrafında müzakirə hər zaman aktualdır. Son vaxtlar bu mövzuya ictimai diqqət daha da artıb. Buna səbəb qonşu ölkələrlə bizdəki kəskin qiymət fərqidir. Məsələn, Türkiyədə Azərbaycan valyutası ilə 14 manata satılan dərman ölkəmizdə fəaliyyət göstərən apteklərdə 70-80 manata təklif edilir. Bu da ictimaiyyətdə haqlı etirazlara səbəb olur. İnsanlar həm dərmanın keyfiyyətindən, həm də qiymətlərdən narazılıq edirlər.

Deputat Siyavuş Novruzov Globalindo.az-a açıqlamasında dərman qiymətlərinin baha olması ilə bağlı dəfələrlə Milli Məclisdə məsələ qaldırdıqlarını bildirib.

O, həm dərmanların keyfiyyətinin aşağı, həm də qiymətlərin baha olduğunu müzakirə etdiklərini qeyd edib:

“Düzdür, Azərbaycan özü dərman istehsal etmir deyə, əsasən başqa ölkələrdən gətirilir. Amma yenə də keyfiyyət və qiymətlərdə qüsur var. Fikir vermisinizsə, koronovirus və vaksinlərdən sonra insanların əksəriyyəti apteklərdən çıxmır. Çünki onların müxtəlif xəstəlikləri baş qaldırıb. Birinin gözündə, digərinin ürəyində, kiminsə oynaqlarında, başında, yaddaşında problemlər yaranıb. Bu gün elə bir adam yoxdur ki, dərmandan istifadə etməsin. O baxımdan hesab edirəm ki, burada tənzimlənməyə ehtiyac var”.

Deputat deyib ki, Türkiyədə 14 manata satılan dərman ölkədə 70 manata satılırsa, bu, faciədir:

“Qardaş ölkədə aptekdə o qiymətədir. Lakin fabrikdən aldıqda daha ucuz başa gəlir. Onu da ucuz alıb dəfələrlə baha satmaq heç yaxşı hal deyil. Razıyam, gömrük xərclərini ödədikdən sonra müəyyən qədər faiz əlavə etmək olar. Amma 50-60 manat yox. Türkiyədə belə bir sistem var ki, Səhiyyə Nazirliyinin nümayəndələri özlərini tanıtmadan apteklərdən dərman alırlar ki, həm qiymətini bilsinlər, həm də onun keyfiyyətini laboratoriyada araşdırsınlar. Bundan sonra artıq qərar verirlər. Hər şey qaydasındadırsa, həmin aptekin işləməyinə icazə verilir, deyilsə, fəaliyyətini dayandırırlar. Bizim səhiyyə sistemimiz də belə monitorinqlər keçirməlidir. Bilinməlidir ki, qiymət necədir və insanlar nələri qəbul edirlər. Dövlət tərəfindən pulsuz verilən dərmanlar gömrük xərclərindən azad edilib. Digərləri kommersiya olduğu üçün isə kimsə onlara qarışa bilmir. Çünki ayrı-ayrı şirkətlərdir və müxtəlif ölkələrdən dərman sifariş verirlər. O baxımdan da gömrük xərclərindən azad etmək olmur”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}