İlham Əliyev TDT-nin Baş katibini qəbul etdi

18:34 5.07.2024 959
İlham Əliyev TDT-nin Baş katibini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.

Prezidentin Mətbuat Xidməti xəbər verir ki, Kubanıçbek Ömüralıyev Prezident İlham Əliyevə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Şuşada qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi təşəbbüsünə və bu tədbirə dəvətə görə təşəkkürünü bildirib. Zirvə görüşünün əhəmiyyətinə toxunan baş katib Türk Dövlətləri Təşkilatının yalnız rəsmi deyil, eyni zamanda, qeyri-rəsmi Zirvə toplantısını da ölkələrimiz arasında əməkdaşlığın və tərəfdaşlığın daha da dərinləşməsinə xidmət göstərən amil kimi qiymətləndirib. Zirvə toplantısının nəqliyyat, əlaqələr, iqlim dəyişikliyi kimi çox vacib mövzulara həsr olunduğunu və bu məsələlər üzrə türk dövlətləri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib. O, nəqliyyat və əlaqələr sahələrində çoxtərəfli əməkdaşlığın önəminə toxundu və bunun Türk dünyasının güclənməsinə əməli töhfə verəcəyinə əminliyini bildirdi. Kubanıçbek Ömüralıyev bu xüsusda Orta Dəhlizin əhəmiyyətini vurğulayıb.

Türk Dövlətləri Təşkilatının Baş katibi qəbul olunacaq Qarabağ Bəyannaməsinin təşkilatın inkişafı və qarşıda duran məqsədlərin həyata keçirilməsi baxımından önəmini qeyd etdi və bunu tarixi bəyanat kimi dəyərləndirib. O, həmçinin Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində sahəvi əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində də yeni təşəbbüslərlə çıxış etməsinin alqışlandığını və çox müsbət qiymətləndirildiyini deyib. Təşkilatın katibliyinin strukturunun yenilənməsinə, ştat vahidinin artırılmasına və quruma göstərilən maliyyə dəstəyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Dövlət başçısı Azərbaycanın xarici siyasətinin ən prioritet istiqamətlərindən birinin Türk dünyası olduğunu qeyd etdi və Azərbaycan Milli Məclisində andiçmə mərasimində çıxışı zamanı Türk dünyasının bizim ailəmiz olması barədə bəyanatını bir daha xatırladıb.

Prezident İlham Əliyev Təşkilata üzv dövlətlərin dövlət və hökumət başçıları ilə təşkilatın gündəliyində duran məsələlərlə bağlı ətraflı müzakirələr aparacağına və bu Zirvə görüşünün təşkilat çərçivəsində tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyinə əminliyini bildirdi, qeyri-rəsmi Zirvə toplantısının müntəzəm xarakter daşıyacağına ümidvar olduğunu deyib.

Dövlət başçısı Naxçıvan Sazişinin imzalanmasından etibarən Türk Dövlətləri Təşkilatının uğurlu inkişaf yolu keçdiyini və hazırda onun dünyada böyük nüfuza malik beynəlxalq təşkilatlardan biri olduğunu vurğulayıb.

Azərbaycan Prezidenti dövlət və hökumət başçılarının iştirakı ilə imzalanacaq Qarabağ Bəyannaməsinin tarixi xarakter daşıdığını və bunun əməkdaşlığımızın müxtəlif sahələrdə inkişafına ciddi təkan verəcəyinə əminliyini bildirib.

Baş katib COP29 münasibətilə dövlətimizin başçısına bir daha təbriklərini çatdırıb.

Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev COP29 çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqlim dəyişikliyi məsələlərinə dair müxtəlif təşəbbüslərlə çıxış etməsinin və birgə tədbirlərin keçirilməsinin önəminə toxunub.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}