İraqlı analitiklərə görə, Pezeşkianın işi çox çətin olacaq

19:38 9.07.2024 1 064
İraqlı analitiklərə görə, Pezeşkianın işi çox çətin olacaq

İranın xarici siyasəti ayətullah Əli Xamenei və kəşfiyyat bölmələrinin səlahiyyətindədir. Pezeşkianın bu məsələlərin yumşaldılması istiqamətindəki səyləri isə məhdud, hətta qeyri-kafi olacaq.

Xəbər verilir ki, bu barədə iraqlı analitiklər Pezeşkianın prezidentliyi dövründə İranın regional siyasətinə münasibət bildirərkən deyiblər.

İraqlı siyasi analitik Əhməd Yasiri Pezeşkianın Qərb ilə yenidən müzakirələrə başlaya biləcəyini, bunun üçün sabiq xarici işlər naziri Cavad Zərifi məsləhətçi təyin etdiyini qeyd edib.

“Pezeşkian İran siyasətinin dəyişdirilməsində önəmli ünsür olaraq qarşımıza çıxacaq. Ancaq ümumi anlamda İranın xarici siyasətində təhlükəsizlik və hərbi məsələrdən prezident yox, İnqilab Keşikçiləri, o cümlədən Xamenei məsuldur. Pezeşkianın siyasi gedişləri isə İranın bölgə üçün aldığı qərarlara sadəcə təsir edə bilər. İran Pezeşkian ilə Qərbə daha çox yaxınlaşacaq. Bu da Tehranın Qərbdən uzaqlaşmasından zərər çəkən İraq, Suriya, Livan və Yəmən üçün vəziyyəti yumşaldacaq. Çünki İran-ABŞ münasibətləri gərginləşdikcə, İraqda da münaqişələr bir o qədər artır”.

İraqlı siyasi şərhçi Mücaşi Təmimi isə islahatçı prezidentin daxildə iqtisadi böhran, xaricdə isə risklərlə mübarizə aparmaq məcburiyyətində qalacağını bildirib:

“Pezeşkian ölkə daxilində işsizlik problemi ilə mübarizə aparacaq. İranın bu dönəmdə xarici siyasətində də çətinliklər yaşayacağı gözlənilir. Tehranın İraqla bağlı siyasəti Pezeşkianın yox, məhz Xameneinin əlində olduğu üçün bu istiqamətdə ciddi dəyişiklik olacağını düşünmürəm. İran İraqda və regionda “müqavimət qüvvələri”ndən əl çəkməyəcək və gərginlik davam edəcək. Tramp yenidən ABŞ prezidenti seçildiyi halda isə İran-ABŞ münasibətləri istər birbaşa, istərsə də İranın bölgədəki proksi qüvvələri vasitəsilə yeni formada gərginləşəcək. Aydındır ki, İran islahatçını prezident seçməklə öz siyasətində çevik mövqe nümayiş etdirmək istəyir. Problemini İran-region məsələsindən İran-İsrail səviyyəsinə endirmək istəyə bilər. Ancaq unutmaq olmaz ki, Tehran ABŞ-da həm demokratlar, həm də respublikaçılar tərəfindən hələ də “yaramaz dövlət” kimi qəbul edilir”.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}