Göyçayda qalmaqal: Kənd sakini həm söyüldü, həm də həbs edildi

13:58 3.08.2024 1 505
Göyçayda qalmaqal: Kənd sakini həm söyüldü, həm də həbs edildi

Göyçay rayonunun Ərəbcəbirli kənd sakini Əziz Sadəddin oğlu Xasıyevin kənd ərazi vahidliyi üzrə icra nümayəndəsi Nazim Həşimov tərəfindən incidildiyi, təhqir olunduğu bildirilir.

Bu barədə sosial şəbəkələrdə məlumat və videomateriallar paylaşılıb.

Video çəkilişdən əldə olunan məlumata görə, leysan yağışlardan yaranan sel suları Ərəbcəbirli kənd sakini Sadəddin Xasıyevin həyətyanı sahəsinə ciddi ziyan vurub. Bu səbəbdən S.Xasıyev mətbuat vasitəsilə aidiyyatı dövlət qurumlarından köməklik istəyib. Bundan sonra icra nümayəndəsi ilə zərərçəkmişin oğlu arasında qalmaqallı mübahisə yaranıb...

Əziz Sadəddin oğlu Xasıyevin "youtube" kanalına yerləşdirilmiş videodakı danışığından belə aydın olur ki, atası Sadəddin Xasıyevin mətbuata müraciəti icra nümayəndəsi Nazim Həşimovun "xoşuna gəlməyib" və nəticədə kəndin rəhbəri avtomobilini şikayətçinin ünvanına sürüb. İyul ayının 31-də baş tutan görüş mübahisəyə çevrilib və anlaşma olmayan dialoqun sonluğu icra nümayəndəsi Nazim Həşimov tərəfindən qarşı tərəfin ünvanına söyülən küçə söyüşlərilə yekunlaşıb.

Kadrlardan göründüyü kimi, çəkiliş aparıldığına görə hövsələdən çıxan icra nümayəndəsini avtomobildə yanında əyləşən digər şəxs sakitləşdirməyə çalışır və üstəlik "ayıbdı" iradını da bildirir. Çəkilişdə o da görünür ki, abırsız söyüş söyülərkən orada qadın da var.

Təhqir olunan Əziz Xasıyev danışığında bildirir ki, icra nümayəndəsinin nalayiq hərəkətilə bağlı artıq Dövlət Başçısına və rayon rəhbərliyinə müraciət göndərib. Lakin sosial şəbəkələrdə yayılan yeni məlumata əsasən, ailə-uşağının yanında təhqir olunan Əziz Xasıyev sonradan Göyçay RPŞ-nin əməkdaşları tərəfindən həbs edilib.

Qarşı tərəfin söz haqqını tanıyırıq.



S.ƏHMƏD
Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}