Həkimlərin sertifikasiyadan keçəcəkləri ixtisaslar müəyyən edilib - ƏMR

17:25 16.08.2024 1 484
Həkimlərin sertifikasiyadan keçəcəkləri ixtisaslar müəyyən edilib - ƏMR

Bəzi tibb mütəxəssislərinin sertifikasiyadan keçməli olduqları ixtisaslar müəyyən edilib.

Xəbər verilir ki, bu, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrində əksini tapıb.

Qeyd edilib ki, bəzi tibb mütəxəssislərinin sertifikasiyadan keçməli olduqları ixtisasların müəyyən edilməsi siyahısı aşağıdakı kimidir:

- Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasdəyişmə ilə bağlı peşə hazırlığı kursu keçənlər şəhadətnamə, yaxud ali və ya ali ixtisas tibb təhsili diplomunda qeyd edilmiş ixtisasa uyğun olaraq sertifikasiyadan keçməlidirlər;

- Əsas (baza ali) tibb təhsilini müalicə işi (tibb), pediatriya ixtisası üzrə bitirmiş və 19.03.2018-ci il tarixinədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 23.07.2010-cu il tarixli 57 nömrəli əmri ilə təsdiq olunmuş baza ali tibb təhsilinə əsasən tutulmasına icazə verilən vəzifələrin siyahısına uyğun olaraq işə qəbul olunmuş və həmin vəzifədə işləyənlər sertifikasiyadan tutduqları vəzifəyə, yaxud ali və ya ali ixtisas tibb təhsili diplomunda qeyd edilmiş ixtisasa uyğun olaraq sertifikasiyadan keçməlidirlər;

- Əsas (baza ali) tibb təhsilini müalicə işi (tibb) ixtisası üzrə bitirmiş və fasiləsiz olaraq 5 ildən artıq müddətdə işləməyən şəxslər Ə.Əliyev adına Azərbaycan Dövlət HəkimləriTəkmilləşdirmə İnstitutunda müvafiq peşə hazırlığı kursu keçdikdən sonra “Tibb” ixtisası üzrə sertifikasiyadan keçməlidirlər;

- Əsas (baza ali) tibb təhsilini pediatriya ixtisası üzrə bitirmiş və fasiləsiz olaraq 5 ildən artıq müddətdə işləməyən şəxslər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda müvafiq peşə hazırlığı kursu keçdikdən sonra pediatriya (baza) ixtisası üzrə sertifikasiyadan keçməlidirlər;

- Əsas (baza ali) tibb təhsilini stomatologiya ixtisası üzrə bitirmiş, internatura və ya rezidentura təhsili almamış şəxslər sertifikasiyadan stomatologiya (baza) ixtisası üzrə keçməlidirlər;

- “Funksional diaqnostika” ixtisası üzrə internatura hazırlığını kardiologiya şöbəsində funksional diaqnostika kabinetlərində (Elektrokardioqrafiya, Exokardioqrafiya) keçənlər – “Kardiologiya”, şüa diaqnostikası şöbələrində (ultrasəs müayinəsi, rentgen müayinəsi və s.) keçənlər isə “Şüa diaqnostikası” ixtisası üzrə sertifikasiyadan keçməlidirlər;

- Əsas (baza ali) tibb təhsilli təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimlər “Tibb” ixtisası üzrə sertifikasiyadan keçməlidirlər.

İctimai Səhiyyə və İslahatlar Mərkəzinə tapşırılıb ki, Tibb mütəxəssislərinin sertifikasiya imtahanlarına buraxılması yuxarıda təsdiq edilmiş Siyahı nəzərə alınmaqla həyata keçirilsin. Tibb mütəxəssislərinin ( təsdiq edilmiş Siyahıda qeyd olunan şəxslər və bu Əmr qüvvəyə minənədək Səhiyyə Nazirliyi tərəfindən təhsil haqqında diplomda qeyd edilmiş ixtisasdan fərqli ixtisas üzrə sertifikasiya imtahanına buraxılmış şəxslər istisna olmaqla) təhsil haqqında diplomda qeyd edilmiş ixtisasdan fərqli ixtisas üzrə sertifikasiya imtahanına buraxılmasına yol verilməsin. Sertifikasiya imtahanları ilə bağlı həyata keçirilən fəaliyyət və onun nəticələri təhlil edilərək hər rübün sonunda Səhiyyə Nazirliyinə hesabat təqdim edilsin.

Dövlət və qeyri-dövlət tibb müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, tibb və ya əczaçılıq işçilərinin yalnız hədəf auditoriyası kimi ixtisaslarının və (və ya) çalışdıqları vəzifələrin müəyyən edildiyi təkmilləşdirmə kurslarına göndərilməsi təmin edilsin.

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna tapşırılıb:

-Səhiyyə Nazirliyinin müvafiq əmrlərinə əsasən 2009-cu ilin mart ayınadək tibb mütəxəssislərinin ixtisasdəyişmə məqsədilə peşə hazırlığı kurslarından keçməsi barədə məlumatlar “Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri”nə daxil edilməsi üçün Səhiyyə Nazirliyinə təqdim edilsin;

-Bu Əmrin tələbləri nəzərə alınaraq, tibb mütəxəssislərinin təhsil haqqında diplomda qeyd edilmiş ixtisasdan fərqli ixtisas üzrə təkmilləşdirmə və peşə hazırlığı kursuna qəbul olunmasına yol verilməsin.

Azərbaycan Tibb Universitetinə tapşırılıb ki, 2011-ci ilədək bütün illər üzrə internaturada hazırlıq keçmiş şəxslərin siyahısı Reyestrə daxil edilməsi üçün cari ilin sonunadək Səhiyyə Nazirliyinə təqdim edilsin.

Səhiyyə Nazirliyinin Aparatının İnsan resursları, elm və təhsil şöbəsinə tapşırılıb ki, bu Əmrə uyğun olaraq təqdim edilmiş müvafiq məlumatların Reyestrə daxil edilməsi təmin edilsin. Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinə tapşırılıb ki, bu Əmrin verilmiş tapşırığın icrası üçün Reyestrdə müvafiq texniki imkanların yaradılması təmin edilsin.

Ali və orta ixtisas tibb təhsili müəssisələrinin rəhbərlərinə tapşırılıb, habelə tibb təhsilini həyata keçirən digər təhsil müəssisələrinin rəhbərlərinə tövsiyyə edilsin:

-pedaqoji heyət üzrə müvafiq tibb və səhiyyə (əczaçılıq) ixtisaslarına uyğun kafedra və ya şöbələrə yalnız ixtisası (ixtisaslaşması) həmin kafedranın profilinə uyğun olan şəxslər işə qəbul olunsun;

-tələbələr və müdavimlərin praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası üzrə mövcud qanunvericiliklə bağlı maarifləndirilməsi, bu Əmr barədə məlumatlandırılması təmin edilsin.

Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinə tapşırılıb ki, Naxçıvan Muxtar Respublikasında sertifikasiya imtahanlarının qanunvericiliyin tələblərinə uyğun olaraq təşkili üçün müvafiq şəraitin yaradılması təmin edilsin.

Media və kommunikasiya şöbəsinə tapşırılsın ki, bu Əmrin Səhiyyə Nazirliyinin rəsmi internet saytında və sosial şəbəkə hesablarında yerləşdirilməsi, habelə tibb ictimaiyyətinin bu Əmrin müddəaları ilə bağlı media vasitəsi ilə məlumatlandırılması təmin edilsin.


Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}