Qıcqırmış salat, gömgöy kəsmik.. - "Araz"da vaxtı keçmiş məhsullar satılır - ŞİKAYƏT

14:48 7.09.2024 1 897
Qıcqırmış salat, gömgöy kəsmik.. - "Araz"da vaxtı keçmiş məhsullar satılır - ŞİKAYƏT

"Araz" supermarketlərində vaxtı keçmiş məsullar satılır.

Bu barədə Bakupost.az-a vətəndaş Rüstəm Rüstəmov şikayət edib.

Şikayətçinin sözlərinə görə, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 58 ünvanında yerləşən "Araz" marketdən kəsmik və salat alıb. Evə gəldikdən sonra məhsulların vaxtının keçdiyini və onların qıcqırdığını görüb:

"Dünən axşam işdən gələrkən bazarlıq etdim. Marketdə olarkən aldığım kəsmik və salatın tarixinə baxmadım. Evdə salatı yemək istəyəndə, gördüm ki, qıcqırıb. Həmin axşam düşub məhsulu qaytardım. Səhər isə kəsmiklə çay içəndə kəsmiyin gömgöy olduğunu gördüm. İşə gedəndə "Araz"a girib mühafizəçiyə verdim. Axşam qayıdarkən məndən məhsulun qəbzini istədilər. Bildirdim ki, qəbz sizdədir. Üzrxahlıq edib, ödənişi qaytarmaq istədilər. Lakin əsəbiləşib pulu belə götürmədim".

Şikayətçi bununla bagli AQTA-ya müraciət edib:

"Dəfələrlə başıma belə hadisə gəlib. Başa düşə bilmirəm, işçilər hara baxır?! Piştaxtalara niyə nəzarət olunmur?! Ötən günlərdə də balıq almışdım. O da xarab çıxmış, hətta iylənmişdi. Evdə uşaqlar var, yeyib zəhərlənsələr, kim cavab verəcək?!".

Məsələ ilə bağlı "Araz" supermarketinə sorğu ünvanladıq. Hələlik cavab yoxdur.

Qeyd edək ki, son vaxtlar redaksiyamıza “Araz” supermarketində tez-tez oxşar məzmunlu şikayətlər daxil olur.

Bir müddət öncə 20-ci sahə dairəsi yaxınlığındakı "Araz" supermarketdə alış-veriş edən alıcı Bakupost.az -a 2.99 AZN-ə xurma aldığını, evə getdikdəın sonra xurmada gözlə aydın seçilən ağ qurdlar aşkar edildiyini bildirmişdi. O, bununla bağlı görüntüləri də redaksiyamıza təqdim etmişdi. Məsələ ilə bağlı hazırladığımız materialdan sonra həmin xurmalar "Araz" supermarketdə satışdan yığışdırılmışdı.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}