Ordu rəhbərliyində dəyişikliklər davam edir

12:52 8.10.2024 2 114
Ordu rəhbərliyində dəyişikliklər davam edir

Ötən gün Azərbaycan Silahlı Qüvvələrinin daha iki ordu korpusu komandirinin işdən çıxarıldığı məlum olub.

Əsasən, general-mayor Münasib Babayev 4-cü ordu korpusu (Bakı) komandiri, polkovnik Oruc Abdullayev isə 3-cü korpus (Şəmkir) komandiri vəzifəsindən azad edilib.

Bir gün əvvəl məlum olub ki, 2-ci ordu korpusu komandiri general-leytenant Mais Bərxudarov ehtiyata buraxılıb.

Azərbaycan Silahlı Qüvvələrinin bütün ordu korpusları Quru Qoşunlarının tərkibinə daxildir. Bu komandirlərin çıxarılmasının səbəbləri barədə rəsmi məlumat yoxdur. Lakin məlumatlı hərbi mənbələrdən Turan agentliyinə bəlli olub ki, kadr dəyişiklikləri müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı Hikmət Mirzəyevin təklifilə həyata keçirilir.

Xüsusi Təyinatlı Qüvvələrin keçmiş komandanı, general-leytenant Hikmət Mirzəyev və onun döyüşçüləri İkinci Qarabağ Müharibəsində Azərbaycanın qələbəsində həlledici rol oynayıblar. Müharibədən sonra o, müdafiə nazirinin müavini postunu tutub və rütbəsi artırılıb. Ekspertlərin fikrincə, Hikmət Mirzəyev Azərbaycanın növbəti müdafiə naziri olacaq.(Turan.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}