Hazırki şərtlərlə Gürcüstan Rusiyaya yaxınlaşa bilməz - Politoloq

11:27 28.10.2024 1 050
Hazırki şərtlərlə Gürcüstan Rusiyaya yaxınlaşa bilməz - Politoloq

Hakim Gürcü Arzusu Partiyası parlament seçkisində qələbə qazanmasına baxmayaraq, hazırki şərtlər altında Rusiya ilə diplomatik münasibətləri bərpa edə bilməyəcək. Hakim partiya və onu idarə edən oliqarx Bidzina İvanişvili ABŞ və Avropa Birliyi ilə münasibətlərdə gərginlik yaşasa da, bu, Gürcüstanın avtomatik olaraq Rusiyaya yaxınlaşması anlamına gəlmir.

Xəbər verilir ki, bu sözləri Elxan Şahinoğlu Gürcüstanda parlament seçkilərindən sonra Rusiya ilə münasibətlərin qurulub-qurulmayacağına münasibıt bildirərkən qeyd edib.

Onun sözlərinə görə, bu, o halda mümkün olardı ki, Gürcüstan Abxaziya və Cənubi Osetiyaya nəzarət edərdi:

“Rusiyanın isə bu bölgələri Gürcüstana qaytarmaq planı yoxdur. Doğrudur, Gürcüstanda parlament seçkisi öncəsi Bidzina İvanişvili maraqlı gediş etdi, 2008-ci il müharibəsinə görə Cənubi Osetiyadan üzr istədi. İvanişilinin bu gedişinin iki məqsədi var idi. Onun birinci məqsədi bu üzrxahlığı Kremlin müsbət qiymətləndirməsi, o cümlədən Abxaziya və Cənubi Osetiya mövzularında Tiflislə mümkün razılaşma barədə mesaj verməsi idi. Bu addım seçkiqabağı Gürcü Arzusu Partiyasının əlini daha da gücləndirərdi. Ancaq Kreml İvanişvilinin əlinin gücləndirilməsi üçün vaxtilə işğal etdiyi ərazilərdən imtina etmək fikrində deyildi.

İvanişvilinin ikinci məqsədi 2008-ci il müharibəsinə görə məsuliyyəti bütövlüklə Gürcüstanın keçmiş hakimiyyətinin, indiki müxalifətinin üzərinə yükləmək idi. Hakim partiyanın seçki kampaniyası elə bunun üzərində qurulmuşdu: “Müxalifət hakimiyyətə gəlsə, yenidən müharibəyə başlayacaq”. Bu təbliğatın müəyyən qədər effekti oldu”.

Politoloq bildirib ki, Rusiyanın rəsmi dairələri Gürcüstanda indiki hakimiyyətin fəaliyyətini davam etdirməsini istəyir:

“Kreml Abxaziya və Cənubi Osetiya məsələlərində geri addım atmasa da, Gürcüstan hökumətinin ABŞ və AB ilə getdikcə gərginləşən münasibətlərində maraqlıdır. Gürcüstan parlamentinin qəbul etdiyi iki qanuna görə Qərbin qonşu ölkəyə qarşı tətbiq etdiyi sanksiyalar yalnız Rusiyanın işinə yarayır”.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}