Qazaxıstan tərəfinin açıqlaması Rusiyanın bəhanələrini boşa çıxartdı

12:29 5.02.2025 784
Qazaxıstan tərəfinin açıqlaması Rusiyanın bəhanələrini boşa çıxartdı

"Qazaxıstan tərəfinin açıqladığı hesabatın ilkin versiyası gözləntilər çərçivəsində idi. Azərbaycan tərəfinin gözləntiləri və ilkin məlumatları ondan ibarət idi ki, təyyarəmiz Rusiya ərazisində, Qroznı ətrafında vurulub. Dünənki hesabatda kənar müdaxilələrin olması, naviqasiya sisteminin kənar müdaxilə ilə sıradan çıxması kimi məqamlar təsdiqini tapdı".

Bu sözləri REAL Partiyasının sədri Natiq Cəfərli AZAL-a məxsus təyyarə qəzasının səbəbləri ilə bağlı dərc edilən ilkin hesabatı şərh edərkən deyib.

O, ilkin hesabatla təyyarənin özünün qəzalı vəziyyətdə olması, daxildə balon partlaması, quşların müdaxiləsi kimi Rusiya tərəfinin bütün absurd iddialarının əksinin sübut olunduğunu bildirib:

“Qroznıya çatana qədər Azərbaycan təyyarəsində heç bir texniki problem olmayıb, bu da ilkin hesabatda öz əksini tapdı. Artıq Rusiya səmasında kənar müdaxilənin olduğu, yəni HHM-lər tərəfindən Azərbaycan təyyarəsinin vurulduğu heç kimdə şübhə doğurmur. İndi başqa detallar açıqlanmalı, bununla bağlı istintaq davam eləməlidir. Nə üçün Azərbaycan təyyarəsinin Rusiya ərazisində enişinə icazə verilməyib, yaxud imkan yaradılmayıb? Orada “Xalça” əməliyyatı elan edilərkən nəyə görə öncədən xəbər verilməyib? Bu kimi digər məsələlərə növbəti mərhələlərdə aydınlıq gətirilməlidir. Nəticə ondan ibarətdir ki, Azərbaycan tərəfinin bu günə qədər söylədiklərində və tələblərində haqlı olduğu bir daha üzə çıxdı. Yekun olaraq, Rusiya tərəfi üzr istəməli, kompensasiya ödəməli, bu cinayətdə əli olanları cəzalandırmalıdır”.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qroznıda Rusiya HHM sistemi vasitəsilə vurulub. Enişinə icazə verilmədiyindən Qazaxıstana üz tutan təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Qeyd edək ki, ötən gün qəza ilə bağlı ilkin hesabat açıqlanıb.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}