Gürcüstanda Vaqif Sultanlının “Ölüm yuxusu” kitabı yayınlandı

14:20 5.09.2025 1 596
Gürcüstanda Vaqif Sultanlının “Ölüm yuxusu” kitabı yayınlandı

Bu günlərdə yazıçı Vaqif Sultanlının "Ölüm yuxusu" adlı kitabı gürcü dilində nəşr olunub.

"Universal" nəşriyyatında yayınlanan müəllifin eyniadlı povestinin, müxtəlif illərdə qələmə aldığı hekayələrinin daxil edildiyi kitabı gürcü dilinə Gülnarə Səfərova tərcümə edib. Kitabın redaktoru Cemal Şoniyadır.

Bu, Vaqif Sultanlının gürcü oxuculara təqdim olunan ilk kitabıdır.

Müəllifin bədii yaradıcılığında önəmli yer tutan, indiyədək dünyanın bir çox dillərinə çevrilərək yayınlanmış "Ölüm yuxusu" povestində təsvir obyekti kimi seçilən yol çəkilişi fonunda qədim kənd məzarlığının köçürülməsi hadisəsi cəmiyyət həyatında baş verən ciddi çaxnaşma, təlatüm, qarşıdurma kimi canlandırılır. Real və şərti-metafоrik üslubun qovuşuğunda təsvir olunan hadisələrin xaos bağlamında təqdimi yaradılmış obrazların fərdi xarakter cizgilərini çözməyə, mənəvi dünyasının gizlinlərini aşkarlamağa imkan verir. Yazıçı qələmə aldığı hekayələrdə özü də fərqinə varmadan içərisində olduğu sosial mühitin əsirinə çevrilən insanların düşüncə, həyəcan, sarsıntılarını canlandırmağa çalışıb.

Bütövlükdə "Ölüm yuxusu" kitabına daxil edilən əsərləri birləşdirən, ortaqlaşdıran əsas cəhət onların sosial-psixoloji və mənəvi-əxlaqi ovqata söykənməsi, mövzu-məzmun, ideya-estetik baxımdan güncəllik daşıması, çağdaş cəmiyyətdə müşahidə olunan özgələşmə, yaddaşsızlaşma, biganələşmə, gərəksizləşmə kimi ağrılı problemlərə sərt etiraz ruhu ilə seçilməsidir.


Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:18

Britaniya 100 min keçmiş hərbçini səfərbərliyə çağırdı

11:11

Bakıda biabırçılıq: Tarixi qapını söküb yerinə şəklini yapışdırdılar - FOTO

10:56

Vatsapdan uzun zamandır gözlənilən YENİLİK

12:43

Belə olsa, istefa verəcəyəm - Paşinyan

12:29

Batum sazişində Ermənistan ərazisi 11 min kv.km olub

12:08

Ələt hava limanının açılacağı tarix bilindi

11:58

Pezeşkianın etirafı: "Xəzinə boşalır, etirazlar artır"

19:54

İlk pilotsuz döyüş təyyarəsi - "Kızılelma"

19:28

Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı

19:21

Məleykə Abbaszadə BDU-ya rektor təyin edildi

19:14

Ambulator müalicə zamanı bu dərmanlar pulsuz olacaq

19:06

"Trampla Nobel Sülh Mükafatını yarızarafat müzakirə etdik" - Putin

20:32

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

20:28

Bayramovla ABŞ rəsmisi arasındakı görüşün təfərrüatları

20:08

Szinpin nəyə görə Putini şəxsən qarşılamadı?

19:57

İşdən çıxarılan müəllimlərin əksəriyyəti... - Nazir açıqladı

13:34

Yüzlərlə pasiyentin müraciət etdiyi institutda qəribə vəziyyət: Əsas tibbi cihaz yoxdur?

13:21

Yenə İran, yenə külli miqdarda narkotik qaçaqmalçılığı... - Qarşısı alınıb

11:59

17 Noyabr - Milli Dirçəliş Günü

11:48

Türkiyədə müxalif telekanalda əməliyyat: Saxlanılanlar var

11:38

YENİLİK: Pensiyaçılar bank seçimini özləri edə biləcək

11:22

Siqaret bahalaşa bilər - Qiymət və tarix...

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}