Yararsız gənci əsgərliyə göndərdilər – Həkimlər cəzalandı

12:40 14.11.2025 1 029
Yararsız gənci əsgərliyə göndərdilər – Həkimlər cəzalandı

Ağdaşda hərbi xidmətə yararsız gəncin yararlı kimi sənədləşdirilərək əsgərliyə göndərilməsinə səbəb olan 2 həkim məsuliyyətə cəlb edilib.

“Qafqazinfo” xəbər verir ki, Ağdaş Rayon Mərkəzi Xəstəxanasının şüa diaqnostikası üzrə həkimi 1960-cı il təvəllüdlü S.K və 1954-cü il təvəllüdlü həkim-terapevt M.M-ə Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə iş açılıb.

Bildirilib ki, onlar 2006-cı il təvəllüdlü çağırışçı S.Behbudovun (şərti) “Öd kisəsinin polipozu” diaqnozlu xəstəliyinə məhəl qoymadan, onun hərbi xidmətə yararlı olmasına qərar veriblər. S.Behbudov Cəbrayıldakı hərbi hissədə xidmətə başlayıb.

Lakin hərbi xidmətə gedən gəncin bir müddət sonra kəskin ağrıları başlayıb və o, Dövlət Sərhəd Xidmətinin hospitalına yerləşdirilib və burada 1 aya yaxın müalicə olunub.

Bu ilin yanvarında isə 19 yaşlı gənc “Öd kisəsinin polipozu. Beta heteroziqot talessimiya. Zəif qidalanma” diaqnozu ilə “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilməklə Silahlı Qüvvələrin sıralarından tərxis olunub.

Bundan sonra gəncin hərbi xidmətə yararlı olmasına qərar verən həkimlərə cinayət işinin açılmasına və onların 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cəzalandırılmasına qərar verilib.

Ağdaş Rayon Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə həkimlərin hər biri 2 min manat cərimə cəzasına məhkum edilib.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}