Bu şəxslərə də hərbi xidmətə çağırışdan möhlət hüququ verilir

12:04 29.11.2025 1 855
Bu şəxslərə də hərbi xidmətə çağırışdan möhlət hüququ verilir

Sosial şəbəkələrdə son günlər geniş müzakirə olunan mövzulardan biri də dişində breket olan oğlanlara hərbi xidmətə möhlət verilməsi məsələsidir.

Bəs bu nə dərəcədə düzgündür?

Xəbər verilir ki, mövzu ilə bağlı mətbuata açıqlama verən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və beynəlxalq münasibətlər şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, belə bir qanun var:

“Həzm orqanlarının xəstəlikləri üzrə: çağırışçılar çənə anomaliyalarının breketlə müalicəsi zamanı ortoqnatik dişləm vəziyyətdədirsə” onların tibbi şəhadətləndirilməsi yalnız bir dəfə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 51 "d" maddəsinin I qrafasına əsasən “Hərbi xidmətə müvəqqəti yararsız” hesab edilirlər".

Breketlə bağlı danışan həkim-stomatoloq Daşqın Kərimov isə bildirib ki, breket dişlərin düzgün sıralanması və çənə bağının ideal formaya gətirilməsi üçün istifadə olunan ortodontik sistemdir:

"Hər bir dişin üzərinə xüsusi yapışdırılan metaldan, seramikadan və ya şəffaf materialdan hazırlanan kiçik konstruksiyalardan ibarətdir. Bu breketlər xüsusi ortodontik teldən keçməklə dişlərə davamlı, amma yüngül təzyiq göstərir və zamanla onların düzgün istiqamətə hərəkətini təmin edir".

Həkim breket müddətindən də bəhs edib:

"Breketlə müalicə müddəti pasiyentin diş problemlərinin mürəkkəbliyindən, çənə quruluşundan və istifadə olunan breket növündən asılı olaraq dəyişir. Ümumiyyətlə, ortodontik müalicə 12-24 ay arasında davam edir. Bəzən sadə hallarda bu müddət daha qısa, mürəkkəb strukturlu hallarda isə bir qədər uzun ola bilər".

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}