31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü İzmirdə coşqu ilə qeyd olunub

19:19 29.12.2025 1 211
İzmirdə Azərbaycan həmrəyliyi və mədəniyyəti bir araya gəldi

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü İzmirdə coşqu ilə qeyd olunub

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası və İzmir Azərbaycan Kültür və Dayanışma Dərnəyi tərəfindən 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Bornova Altındağda, Kahve Madeni Cafedə mənalı və coşqulu bir tədbir keçirilib.

Tədbir İzmir və Manisada təhsil alan tələbələrin iştirakı ilə baş tutub və milli birlik, həmrəylik və qardaşlıq ruhu ilə dolu unudulmaz anlara səhnə olub. Yeməkli və musiqili proqram iştirakçılara həm vizual, həm də mənəvi bir ziyafət yaşadıb.

Tədbirin açılışı və təşəkkürlər

Tədbirin açılış nitqini Dərnək sədri Eşref Tuna edib. O, çıxışında: ilk növbədə Federasiyanın sədrinə və Başqan vəkilinə; gecəyə təqdimatı və səhnə performansı ilə xüsusi rəng qatan Azərbaycanın Türkiyədəki mədəniyyət elçisi və dəyərli teatr sənətçisinə, eləcə də onun həyat yoldaşına; maddi və mənəvi dəstək verdiyi üçün iş adamlarına; qonaqpərvərliyi və ev sahibliyi üçün kafe sahibinə təşəkkür edib və tədbirə rəsmi açılış verib.

Milli ruh və sənət dolu 7 saat

Tədbirin əsas yükünü üzərinə götürən Roza İbadova Kocamaz, təxminən 7 saat boyunca hazırladığı, bir-birindən maraqlı, əyləncəli və milli ruhlu bölmələrlə iştirakçılara unudulmaz təcrübə yaşadıb.

Tələbələrin töhfəsi və milli rəqslər

Tədbirdə iştirak edən İzmir və Manisada təhsil alan Azərbaycanlı və Türk dünyasından olan tələbələr çıxışları və mənəvi dəstəkləri ilə gecəyə xüsusi rəng qatıblar: Mədinə Qocayeva, Aytac Xəlilova, Jalə Əhmədova, Xədicə Rəhimova, Nəzrin Musayeva, Rəvan Qurbanov, Sima İsmayılova, Şəhriyar Huseynov, Kənan Hüseynov, Əli Poladzadə, Əli Əiyev və Ülvü Məmmədquliyev.

Bu gənclər həm ifaları, həm də Azərbaycan milli rəqsləri ilə ortalığı canlandıraraq tədbirin ruhunu yüksəldiblər. 9 Eylül Universitetinin tələbəsi Kənan Hüseynov ifa etdiyi Azərbaycan mahnıları ilə milli ruhu zirvəyə daşıyıb. Şəhriyar Huseynov isə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi mahiyyəti barədə məlumat verərək, bu günün milli yaddaşımızdakı yerinə işıq salıb.

Təşəkkürlər və milli dəstək

Roza İbadova Kocamaz, təşkilat prosesində maddi və mənəvi dəstək göstərən Dərnəyin Qadın Qolları sədri və digər üzvlərinə təşəkkür edib. Manisa Dərnək sədrini salamlayaraq, tədbirdə iştirak edən hər kəsə minnətdarlığını bildirib.

Tədbir çərçivəsində gənclər arasında milli dəyərləri əks etdirən suallarla bilgi yarışmaları keçirilib, doğru cavab verən iştirakçılara kiçik hədiyyələr təqdim olunub. İl ərzində dərnəyin fəaliyyətlərinə töhfə verən şəxslərə və qurumlara təşəkkürnamələr verilib.

Azərbaycan mətbəxi ilə xüsusi xatirə

Tədbirin sonunda Azərbaycan mətbəxinə xas olan təamları evlərində hazırlayaraq iştirakçılara təqdim edən və bir neçə saatlıq da olsa tələbələrə ana mətbəxini xatırladan:
Naz xanım, Xədicə xanım, Zenfira xanım, Əminə xanım, Mehriban xanım, Naimə xanım, Həcər xanım və digər dəyərli xanımlara da xüsusi təşəkkür ediib. Onların səyləri tədbirin mənəvi dəyərini daha da artırıb və birlik ruhunu gücləndirib.

Dayanışma və milli həmrəylik

Bu mənalı günün azərbaycanlılar arasında birlik, bərabərlik və həmrəylik ruhunu daha da möhkəmləndirəcəyinə inanaraq, tədbirdə iştirak edən bütün qonaqlara dərin hörmət və sevgilərimi çatdırırıq.

Bir yazar - Nigar Ögeday olaraq, bizə belə gözəl və mənalı bir günü yaşadan, başda Eşref Tuna və Roza İbadova Kozamaz olmaqla, zəhməti keçən hər kəsə sonsuz təşəkkürümü bildirirəm.

Dünyanın ən gözəl neməti olan dayanışmanın nə demək olduğunu o 7 saat ərzində bir daha göstərdiniz, əziz insanlar. Yaxşı ki, varsınız.

Eyni zamanda, nə zaman çağırsaq, tələbələr üçün dəstəyini əsirgəməyən dəyərli iş adamları İsmail Kəskin bəyə və Yılmaz bəyə də xüsusi təşəkkür edirik.






























Nigar ÖGEDAY,
İzmir, Türkiyə
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}