Ukraynadan Rusiyaya yeni il "hədiyyəsi"

12:57 2.01.2023 1 483
Ukraynadan Rusiyaya yeni il "hədiyyəsi"


Yüzlərlə səfərbər olunan əsgər bir raketlə öldürüldü


Ukrayna ordusunun Rusiyanın işğalı altındakı Donetsk ətrafı, Makeyevkada səfərbər olunan əsgərlərin qaldığı kazarmalara endirdiyi zərbə nəticəsində yüzlərlə insan həlak olub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Kremlyönlü teleqram kanalları məlumat yayıb. Ukrayna ordusunun Strateji Kommunikasiyalar İdarəsi 400 nəfərin öldüyünü bildirib.

Səfərbər olunanlar Makeyevkada Kremlyovskaya küçəsindəki 19 saylı peşə məktəbinin binasına yerləşdirilibmiş. Rusiya mənbələri obyektə zərbənin yeni il ərəfəsində HIMARS kompleksindən yüksək dəqiqlikli raketlə endirildiyini təsdiqləyirlər.

Rusiyanın hərbiyönlü “Tsarqrad” telegram kanalı ölənlərin sayının "yüzlərlə" olduğunu bildirib. Rusiyayönlü "Operatsionniye svodki" kanalı isə, 500 nəfərin öldüyünü iddia edir. Müharibəni işıqlandıran rusiyalı hərbi bloger Boris Rojin isə, yanvarın 1-i ölənlərin dağıntıların altından çıxarıldığını yazıb.

Ukrayna ordusunun Strateji Kommunikasiyalar Departamenti öz teleqram kanalında 400 nəfərin öldüyünü, daha 300 nəfərin yaralandığını iddia edir. Departamentin digər sosial şəbəkələrində xəbər dərc olunan vaxtda məlumatlar təkrarlanmayıb. Ukrayna Baş Qərargahının yanvarın 1-nə olan məlumatlarında itkilər barədə məlumat verilməyib.

Rusiya ordusu Ukrayna ilə müharibədə itkiləri açıqlamır. Pentaqon noyabr ayında Rusiya və Ukraynanın hər birinin təxminən 100.000 ölü və yaralı olduğunu bildirib.
BECAN.AZ
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:18

Britaniya 100 min keçmiş hərbçini səfərbərliyə çağırdı

11:11

Bakıda biabırçılıq: Tarixi qapını söküb yerinə şəklini yapışdırdılar - FOTO

10:56

Vatsapdan uzun zamandır gözlənilən YENİLİK

12:43

Belə olsa, istefa verəcəyəm - Paşinyan

12:29

Batum sazişində Ermənistan ərazisi 11 min kv.km olub

12:08

Ələt hava limanının açılacağı tarix bilindi

11:58

Pezeşkianın etirafı: "Xəzinə boşalır, etirazlar artır"

19:54

İlk pilotsuz döyüş təyyarəsi - "Kızılelma"

19:28

Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı

19:21

Məleykə Abbaszadə BDU-ya rektor təyin edildi

19:14

Ambulator müalicə zamanı bu dərmanlar pulsuz olacaq

19:06

"Trampla Nobel Sülh Mükafatını yarızarafat müzakirə etdik" - Putin

20:32

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

20:28

Bayramovla ABŞ rəsmisi arasındakı görüşün təfərrüatları

20:08

Szinpin nəyə görə Putini şəxsən qarşılamadı?

19:57

İşdən çıxarılan müəllimlərin əksəriyyəti... - Nazir açıqladı

13:34

Yüzlərlə pasiyentin müraciət etdiyi institutda qəribə vəziyyət: Əsas tibbi cihaz yoxdur?

13:21

Yenə İran, yenə külli miqdarda narkotik qaçaqmalçılığı... - Qarşısı alınıb

11:59

17 Noyabr - Milli Dirçəliş Günü

11:48

Türkiyədə müxalif telekanalda əməliyyat: Saxlanılanlar var

11:38

YENİLİK: Pensiyaçılar bank seçimini özləri edə biləcək

11:22

Siqaret bahalaşa bilər - Qiymət və tarix...

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}