Paşinyan liderliyi əldə saxlayır

10:46 26.05.2026 1 491
Paşinyan liderliyi əldə saxlayır

Ermənistan Baş naziri Nikol Paşinyan və “Vətəndaş Müqaviləsi” Partiyası qarşıdan gələn parlament seçkiləri öncəsi rəqiblərini qabaqlayır.

Becan.az Teleqraf-a istinadən xəbər verir ki, bu qənaətə Ermənistanda sorğu keçirən Beynəlxalq Respublikaçı İnstitutu (IRI) gəlib.

Sorğuda iştirak edənlərin 32 faizi Vətəndaş Müqaviləsi Partiyasına səs verəcəyini bildirib. İkinci yerdə isə 6 faizlə rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” bloku qərarlaşıb.

Sorğuda iştirak edənlərin 23 faizi qərarsız olduğunu deyib, 21 faiz isə cavab verməkdən imtina edib.

IRI-nin 2026-cı ilin mart ayında keçirdiyi əvvəlki sorğuda iştirakçıların 24 faizi Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyasına, 9 faizi isə Karapetyanın “Güclü Ermənistan” blokuna səs verəcəyini bildirmişdi.

İyunun 7-də keçiriləcək seçkilər kritik yarış və Ermənistanın geosiyasi istiqaməti ilə bağlı referendum kimi qiymətləndirilir. Paşinyan Qərblə əlaqələri dərinləşdirməyə çalışdığı halda, Karapetyan və digər müxalif fiqurlar, xüsusən də “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Sarukyan və “Ermənistan” blokunun lideri Robert Köçəryan Rusiyaya yaxın xətt yürüdür. Sorğuda iştirak edənlərin 4 faizi Köçəryan, 3 faizi isə Sarukyanın partiyasına səs verəcəyini qeyd edib.

Digər suallara verilən cavablar seçicilərin Ermənistanın hazırkı istiqamətini əsasən müsbət qiymətləndirdiyini göstərir. İştirakçıların 61 faizi ölkənin doğru istiqamətdə irəlilədiyinə inandığını bildirib.

Xarici siyasət və təhlükəsizlik hələ də Ermənistanda ən mühüm mövzulardır. Seçicilərin fikrincə, Ermənistanın qarşısında duran əsas problem kimi bu iki məsələ 17 faizlə birinci yerdədir. İqtisadiyyat isə 15 faizlə ikinci sırada qərarlaşıb. Bundan başqa, seçicilərin əsas problem kimi göstərdiyi digər təhlükəsizliklə bağlı məsələlər arasında “sülhün olmaması” 12 faiz, “yanlış xarici siyasət” 6 faiz, “regional təhlükəsizlik” isə 4 faiz təşkil edir.

Müşahidəçilərin fikrincə, 2025-ci ilin avqustunda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi tarixi Vaşinqton görüşü təhlükəsizlik narahatlıqlarının azalmasına ciddi təsir göstərib. 2025-ci ilin iyun ayında keçirilən sorğuda iştirakçıların 44 faizi milli təhlükəsizlik və sərhəd problemlərini Ermənistanın ən böyük problemi hesab edirdi.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}