"Qvardiolanın, Mourinyonun nəyisə düz etmədiyini deməyimiz ayıbdır" - Şahin Diniyev

23:33 31.01.2023 1 600
"Qvardiolanın, Mourinyonun nəyisə düz etmədiyini deməyimiz ayıbdır" - Şahin Diniyev

"Oyun çox maraqlı və sürətli keçdi. Hər iki komanda qələbəyə yaxın idi. Sadəcə, biz şansımızdan istifadə edə bildik".

Qol.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 20-ci turunda bu gün "Kəpəz"lə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, 1:0 hesablı qələbəni belə şərh edib: "İlk hissədə yaxşı oynasaq da, fasilədən sonra qonaqlar təzyiqi artırdılar. Nəticədə biz komapakt şəkildə oynamağa çalışdıq. Rəqibi əks hücumlarda tutmaq istəyirdik. Planımız alındı. Komandada bir az ruh düşkünlüyü var. Çoxdandır qələbə qazanmadığı və sonuncu yerdə olduğu üçün komandanın üzərində yük, psixoloji gərginlik hiss olunur”.

O, "Səbail"in ciddi uğurlar qazanacağına inandığını bildirib: "Bəlkə də yeganə məşqçiyəm ki, hər yerdən özüm istefa verib getmişəm. Görsəm ki, xeyir verə bilmirəm, o zaman gedirəm. Məşqçilik çox çətin işdir. Ciddi uğur dedikdə, bizim iki yolumuz var. Axırıncı yerdən qurtulmaq və kubokda irəli getmək. Bu komandaya, futbolçulara inanıram. İtkilərimiz də var. Ağabala Ramazanovun, Turan Manafovun, Ruslan Hacıyevin olmaması çətinlik yaradır".
Şahin Diniyev "Öz oyun üslubunuzda Rafael Beniteslə uyğunluq görürsüz" - sualına belə cavab verib: "Onunla bir yerdə adımın çəkilməyi mənim üçün utancdır. Onlar böyük mütəxəssislərdir. Bizim bu gün Qvardiolanın, Mourinyonun nəyisə düz etmədiyini deməyimiz ayıbdır. Mənim öz fəlsəfəm var. Oyunum müdafiədən hücuma keçmək üzərində qurulub. Hücumları daha çox cinahdan yaratmağa çalışıram. Bu gün də bunlar alınırdı".
Baş məşqçi oyunda zədələn və xəstaxanaya aparılan Kizito Luvaqanın durumu haqda danışıb: "Menecerimizdən məlumat aldım, durumu normaldır. MRT olunacaq. Yəqin ki, növbəti matçda oynayacaq".

Ş.Diniyev azarkeşlər arasında baş verən insident haqda deyib: "Bəli, xəbərim oldu. Amma stadionun içində olmayıb. Biz, demokratik Azərbaycanda yaşayırıq. Dərəbəylik deyil. Belə şeylər olmamalıdır. Futbol meydançada bitməlidir".

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:18

Britaniya 100 min keçmiş hərbçini səfərbərliyə çağırdı

11:11

Bakıda biabırçılıq: Tarixi qapını söküb yerinə şəklini yapışdırdılar - FOTO

10:56

Vatsapdan uzun zamandır gözlənilən YENİLİK

12:43

Belə olsa, istefa verəcəyəm - Paşinyan

12:29

Batum sazişində Ermənistan ərazisi 11 min kv.km olub

12:08

Ələt hava limanının açılacağı tarix bilindi

11:58

Pezeşkianın etirafı: "Xəzinə boşalır, etirazlar artır"

19:54

İlk pilotsuz döyüş təyyarəsi - "Kızılelma"

19:28

Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı

19:21

Məleykə Abbaszadə BDU-ya rektor təyin edildi

19:14

Ambulator müalicə zamanı bu dərmanlar pulsuz olacaq

19:06

"Trampla Nobel Sülh Mükafatını yarızarafat müzakirə etdik" - Putin

20:32

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

20:28

Bayramovla ABŞ rəsmisi arasındakı görüşün təfərrüatları

20:08

Szinpin nəyə görə Putini şəxsən qarşılamadı?

19:57

İşdən çıxarılan müəllimlərin əksəriyyəti... - Nazir açıqladı

13:34

Yüzlərlə pasiyentin müraciət etdiyi institutda qəribə vəziyyət: Əsas tibbi cihaz yoxdur?

13:21

Yenə İran, yenə külli miqdarda narkotik qaçaqmalçılığı... - Qarşısı alınıb

11:59

17 Noyabr - Milli Dirçəliş Günü

11:48

Türkiyədə müxalif telekanalda əməliyyat: Saxlanılanlar var

11:38

YENİLİK: Pensiyaçılar bank seçimini özləri edə biləcək

11:22

Siqaret bahalaşa bilər - Qiymət və tarix...

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}